!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 67-ci GÜNÜ: Kreml dalana dirənsə də, geri addım atmır - TƏHLİL

!Reklam – Yazi

67 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 535 ədəd, avtomobil texnikası – 170 ədəd, səhra artilleriyası və minaatanları – 429 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 160 ədəd, zenit-raket kompleksləri – 27 ədəd, təyyarələr – 187 ədəd, helikopterlər – 168 ədəd, PUA – 215 ədəd, gəmi-kater – 9 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 620 ədəd, avtomobil texnikası – 2 430 ədəd, səhra artilleriyası və minaatanlar – 1 160 ədəd, YARS – 215 ədəd, zenit-raket kompleksləri – 285 ədəd, təyyarələr – 115 ədəd, helikopterlər – 77 ədəd, PUA – 402 ədəd.

Ukrayna-Rusiya müharibəsinin altmış yeddinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 67-ci gündə əsas döyüş əməliyyatları Donetsk, Luqansk, Xerson, Nikolayev , Zaporojets , Xarkov, İzyum bölgələrində aparılıb:

“67-ci gündə əməliyyatlar teatrında tərəflərin operativ vəziyyətində ciddi dəyişiklik baş vermədi. Taktiki səviyyədə döyüşlər davam etdi. Rusiya ordusunun tabor taktiki qruplarınn hücumları cəbhə xəttinin bütün istiqamətlərində ciddi müqavimətlə üzləşdi.

67-ci günün əsas xəbəri Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun Ukrayna ərazisində, Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında yaralanması oldu. O, sağ ayağından qəlpə yarası alıb. General Gerasimov və digər zabitlər Ukrayna Silahlı Qüvvələrinin dəqiq zərbə endirdiyi ordu komanda məntəqəsində olublar. Burada RF-nin 2-ci Ordusunun komanda idarəetmə məntəqəsi yerləşirdi. Zərbə nəticəsində 20-yə yaxın yüksək rütbəli zabit həlak olub. Əgər dünyanın ikinci ordusu əməliyyatlar teatrında öz Baş Qərargah rəisinin təhlükəsizliyinin təmin edə bilmirsə, biz artıq nədən danışmalıyıq?! Bu səviyyədə qərargahlar və komanda məntəqələri belə asanlıqla hədəfə çevrilməməlidir. Qərargahlar və komanda məntəqələri əməliyyatlarda ən son vurula biləcək hərbi infrastrukturdur. Görünən odur ki, artıq heç kimin təhlükəsizliyi öncəlik təşkil etmir.

Gün ərzində rus qoşunlarının Volın və Polesye istiqamətlərində fəaliyyəti dayandırılıb.

Seversk istiqamətindən ruslar Senkovka kəndi yaxınlığındakı Ukrayna mövqelərini atəşə tutdu. Bütün cəbhə boyu Ukrayna qoşunlarının Sumı istiqamətindəki mövqelərini dəqiqləşdirmək üçün ruslar PUA-lardan hava kəşfiyyatı həyata keçirdi. Slobojanski istiqamətində ruslar Udı və Prudyanka yaşayış məntəqələri ərazilərini minaatanlardan müdafiə qüvvələrinin mövqelərini atəşə tutdu. Ruslar İzyum istiqamətində, Starıy Saltov ərazisində itki verdilər.

Donetsk və Tavriçeski istiqamətlərində ruslar Rubijne və Popasnaya yaşayış məntəqələrini tam nəzarətə götürmək istədi. Onlar buna müvəffəq olmadı, həm də itkilər verdilər. Ruslar Vremovka və Zelenoe Pole yaşayış məntəqələri ərazisində də itki verdi. Yujnobujski istiqamətində ruslar Xerson vilayətinin inzibati sərhədlərinə çatmaq və Nikolayevla Krivoy Roq üzərinə hücum üçün əlverişli şərait yaratmaq məqsədilə hərbi əməliyyatları davam etdirdi. Onlar əsas səylərini Krivoy Roq istiqamətində cəmləyiblər. Tauride, Osokorovka, Trudolyubovka və Knyazevka rayonlarındakı Ukrayna bölmələrinin mövqelərini artilleriyadan atəşə tutdular.

Rusiya ordusu Zaporojets vilayətinin Melitopol şəhər mərkəzində SSRİ-nin bayrağını
asdı. Həqiqətən də, rusları məntiqlə anlamaq çox çətindir. Bunlar hələ də imperiya ambisiyalarından əl çəkə bilmirlər. İdeologiya yaxşı şeydir, əgər əsaslandırıcı gücünüz varsa. Hələ 5-ci əsrdə “Müharibə sənəti” əsərində Sun Tzı yazırdı ki, özünü və düşməninin tanımayan ordu mütləq məğlubiyyətə məhkumdur. Sun Tzı bir yana, bunların “strateq”ləri Frunze Hərbi Akademiyasının məzunlarıdırlar. Orada onlara orduların, diviziyaların, briqadaların hücum və müdafiə elmi öyrədilib. Bəs bunlar əməliyyatlar teatrında nə nümayiş etdirirlər? Bu generallar əməliyyatlar teatrını həqiqi teatr səhnəsi ilə səhv salıblar. Özü də tragikomediya janrında tamaşa göstərirlər. Adı da “Batan rus gəmisi” olsun, gərək…

Bu gündən NATO doqquz ölkədə təlimləri başlayıb. Lend-liz qanununun qəbulundan sonra bu gündən etibarən Ukraynaya həm hava, həm də quru yolu ilə böyük miqdarda ABŞ hərbi texnikalarırının göndərilməsi başlandı. Eyni zamanda, ABŞ-nin Ukraynaya verdiyi F-16 qırıcı təyyarələr artıq Polşa, Rumıniya ərazisinə gətirildi. Ukraynalı pilotların F-16-larla uçuş təlim hazırlıqları başlayıb. Düşünürəm ki, bu hazırlıqlar bitər-bitməz əməliyyatlar teatrında tərəflərin güc nisbətinə ciddi təsir edəcək.

Rusiya XİN rəhbəri Sergey Lavrov xarici telekanallara müsahibə verib. Lavrovdan 9 mayda Rusiyanın əsas hədəflərini yekunlaşdıracağı planı soruşulub. Lavrov bildirib ki, onların 9 mayla bağlı planları yoxdur. Bunu Zelenski səsləndirib. Lavrovun bu çıxışını anlamaq olar. Rəsmi olaraq proqnoz verə bilmir. Məsələ ondadır ki, Rusiya ordusu Ukraynda işğal etdikləri şəhərlərdə 9 may paradına hazırlaşırlar. Demək ki, əslində, Rusiyanın belə bir planı rəsmi ağızdan inkar edilsə də, var. Sadəcə Lavrov belə öz ölkəsinin ordusuna güvənə bilmir. Düşünürəm ki, Lavrov az da olsa, ordusuna güvənsəydi, bu barədə konkret olmasa da, dolayısı ilə bir fikir səsləndirə bilərdi.

Yeri gəlmişkən, Avropa ölkələrinin bəziləri artıq Rusiyadan neft və kömür alışını dayandırmaqla bağlı çıxışlar ediblər. Rusiya tərəfindən hədələnən və NATO-ya üzv olmaq istəyən Finlandiya Rusiyadan qaz almağı dayandıracaqlarını rəsmən bəyan edib. Əgər digər Avropa ölkələri də bu cür addımlar atsa, Rusiyanın qaz təhdidindən xilas ola biləcəklər.

Bu gün ABŞ ordusunun Ukraynada istifadəsi ilə bağlı qətnamə layihəsi Konqresə təqdim edildi. Konqresmen Adam Kinzinger bu gün Putinin Ukraynaya qarşı müharibəni gücləndirəcəyi təqdirdə Ukraynanın ərazi bütövlüyünü qorumaq üçün ABŞ ordusundan istifadəyə icazə verən qətnamənin təqdim edildiyini açıqladı. Amerikanın müttəfiqlərini qorumaq üçün hərbi gücdən istifadə icazəsi ABŞ Prezidentinə Rusiya Federasiyasının Ukraynaya qarşı kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etdiyi ssenariyə uyğun veriləcək. Bu qanunun 435 konqresmen tərəfindən qəbul ediləcəyi gözlənilir. Bu qərar qəbul olunsa, ruslar ciddi düşnməli olacaqlar. ABŞ ordusunun Ukraynada istifadəsi müharibənin qədərini Ukraynanın lehinə tezləşdirə bilər.

Onlar rusları bəşəriyyətə təhlükə kimi görürlər. Təhlükə isə məhv olunmalıdır. Dolayısı ilə Amerika demək istəyir ki, ya indi ya da heç zaman…

Bu yanaşmanın nə ilə sonlanacağını önümüzdə ki, günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

1954
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv