!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 91-ci GÜNÜ: Qərbin müharibəni dayandırma təzyiqləri - TƏHLİL

!Reklam – Yazi

91 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 640 ədəd, avtomobil texnikası – 2 247 ədəd, səhra artilleriyası və minaatanlar – 500 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 219 ədəd, zenit-raket kompleksləri – 75 ədəd, təyyarələr – 208 ədəd, helikopterlər – 167 ədəd, PUA – 365 ədəd, gəmi-kater – 14 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2 725 ədəd, avtomobil texnikası – 2 527 ədəd, səhra artilleriyası və minaatanlar – 1 243 ədəd, YARS – 279 ədəd, zenit-raket kompleksləri – 347 ədəd, təyyarələr – 175 ədəd, helikopterlər – 135 ədəd, PUA – 731 ədəd.

Ukrayna-Rusiya müharibəsinin doxsan birinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 91-ci gündə döyüşlər taktiki səviyyədə, əsasən, Xarkov, İzyum, Lyman, Severodonetsk, Lisiçansk, Popasnoe, Svetlodarsk, Qorlovka yaşayış məntəqələri istiqamətində davam edib:

“Tərəflərin əməliyyat şəraitində ciddi mövqe dəyişikliyi baş vermədi. Bu istiqamətlərdə taktiki səviyyədə üstünlük rusların tərəfində oldu. Ruslar bütün bu istiqamətlərdə hücum, Ukrayna qoşunları isə müdafiə döyüşləri apardılar.

Gün ərzində Xarkov istiqamətində rusların hücumları davam etdi. Burada Ukrayna qoşunları müdafiəyə keçdilər.

İzyum istiqamətində ruslar yenidən qruplaşma keçririrlər. Döyüşlərdə, əsasən, artileriya və minaatanlardan istifadə olunur.

Lyman yaşayış məntəqəsi uğrunda döyüşlər davam etdi. Bu istiqamətdə ruslar irəliləməkdə çətinlik çəkirlər. Onlar Severodonetsk çayını keçərək Sever yaşayış məntəqəsini nəzarətə götürməyə çalışırlar. Buna nail olsalar, Liçansk və Severodonetsk bölgəsindəki Ukrayna qruplaşmasını mühasirəyə ala biləcəklər. Bu gün Severodonetsk yaşayış məntəqəsi atəşə tutuldu. Ukrayna qoşunları bu istiqamətdə rusların bir neçə zirehli texnikasını və şəxsi heyətini sıradan çıxardı.

Avdeyevka istiqamətində də hücum cəhdləri uğursuz alındı. Baxmutov istiqamətində Ukrayna qoşunları ruslara zərbələr endirərək əks-hücuma cəhd etdilər. Qulyaypol sitiqamətində də döyüşlər davam etdi.

Xerson istiqamətində rus qoşunları Dnepr çayının sağ sahilinə keçməyə cəhd etdi. Burada onlar iki min beş yüzə yaxın yaxın canlı qüvvə cəmləşdirirlər. Bu istiqamətdə rusların Xersonla kifayətlənməyəcəyi görsənir. Görünən odur ki, onlar daha da irəli getməyə cəhd edəcəklər. Luqansk istiqamətində də hücumlar davam etdi. Severodonetsk qruplaşmasının mühasirəyə alınma təhlükəsi qalmaqda davam edir.

Bütün istiqamətlər üzrə Rusiya Hərbi Hava Qüvvələri və artilleriya vasitələri Ukrayna qoşunlarının yerləşmə rayonlarını, mövqelərini və mülki infrastrukturu bombalamağa davam etdi. Ruslar son günlər əməliyyatları intensivləşdiriblər. Ola bilsin ki, Qərbin təkidi üzərinə Ukrayna siyasi hakimiyyətinin müharibəni dayandıracağına dair onlarda məlumat var. Belə olsa, ruslar ən azından operativ hədəflərini yerinə yetirmiş olacaqlar. Çıxdıqları hədlərdə müharibənin atəşkəs fazasına keçməsi onlar üçün məqbul sayıla bilər.

Taktiki səviyyədə onlar bunu uğurla həyata keçirirlər. Bu uğur itkilər bahasına başa gəlsə belə. Lisiçansk-Severodonetsk istiqamətində taktiki üstünlük operativ üstünlüyə keçmə mərhələsindədir.

Son günlər artıq Qərb dairələri Ukraynanın güzəştə getməli olduğunu açıq şəkildə dilə gətirir. Düşünürəm ki, buna səbəb 70-ə yaxın ölkədə aclıq, həmin ölkələrin defolt olmaq ehtimalı və qaçqın dalğasıdır. Dünyada 50 milyona yaxın insan aclıqla üz-üzə qalıb. Bu həm də o deməkdir ki, həmin ölkələrdə iğtişaşlar, çaxnaşmalar baş verə bilər. Hər çaxnaşma, hər qarşıdurma özü də inkişafı əngəlləyən amilləridir. Ukrayna XİN rəhbəri üzünü Qərbə tutaraq söyüşdən belə istifadə etməkdən çəkinmədi. Hiss olunur ki, onlara qarşı da basqı var. Digər tərəfdən isə Qərbin söz verdiyi silahları Ukrayna hələ də ala bilməyib.

Müharibəni başlayanda ruslar doqquz əsas istiqamətdən hücuma keçmişdilər. İndi bu istiqamətlərin sayını dördə endiriblər. Bu dörd istiqamətin hər biri üzrə komandanlar əsas tapşırıqlarını bir az öncə yerinə yetirməyə çalışırlar. Onlar hələ buna tam nail olmasalar da, bu tapşırıqlar üzərinə yenə də hücumları davam etdirirlər. Kreml rəhbərliyi bu dörd istiqamətin hər birindən tapşırıqların yerinə yetirildiyinə dair məruzələr gözləyir. Bu nə qədər tez baş versə, onlar orden və medallarını, növbəti general rütbələrini bir az erkən alacaqlar.

Əgər bu baş verməsə, əməliyyatlar teatrında məhv edilməyəcəklərsə, hər şeylərini itirəcəklər. Komandanlar üçün nəticə çox şey ifadə edəcək. Ya hər şey, ya da heç nə.

Hər iki tərəfin sərkərdələri üçün əməliyyatlar teatrının hansı sürprizləri hazırladığını önümüzdəki günlərdə görəcəyik…”.

Səxavət Məmməd

www.yenicag.az

620
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv