!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının İNFORMASİYA TEATRI: “Kreml nə qədər sərt senzura tətbiq etsə də...” – ŞƏRH

!Reklam – Yazi

“Ukraynada davam edən savaşla bağlı media və şəxsi kanallar vasitəsilə məlumat almaq asandır”.

Bu fikirləri Rusiyanın Ukraynaya qarşı ötən gündən başladığı hərbi təcavüz fonunda bu savaşın informasiya təminatını dəyərləndirən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya müharibə gerçəklərini öz xalqından gizləsə də, Ukraynada vəziyyət bunun əksinədir:

“Rusiya Ukraynaya həyasızcasına hərbi təcavüzə başladıqdan sonra ölkədə sərt senzura tətbiq edilib. Bununla müharibə reallıqları barəsində əhalinin məlumat almasının qarşısına sipər çəkilib, senzuranın pozulmasına görə cəza müəyyən olunub.

Bu fonda açıq müşahidə olunur ki, dünya ictimaiyyətə Ukraynanın Rusiya tərəfindən hərbi təcavüzə məruz qalmasına qətiyyən biganə deyil və diqqət yüksək səviyyədədir.

Eyni zamanda, şəxsən mən özüm istər şəxsi əlaqələr, istərsə də media vasitəsilə orada baş verənlərdən operativ xəbər almaq imkanına malikik. Bu məsələdə problem yoxdur.

Rusiyada senzura tətbiq edilsə də, orada xalqın böyük kəsimi də savaşla bağlı obyektiv informasiya əldə etməyə çalışır, bununla öz dövlətlərinin Ukraynaya qarşı təcavüzü barəsində həqiqətləri öyrənməyə cəhd göstərirlər, buna nail olurlar. Yəni Rusiya müharibə gerçəklərini öz xalqından gizlətsə də, Ukraynada vəziyyət bunun əksinədir”.

A.Zeynalov

www.yenicag.az

675
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv