!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Ukraynada yeni hücuma hazırlaşır?

!Reklam – Yazi

Rusiyanın müttəfiqləri sayılan İran, Çin və Qazaxıstan vətəndaşlarına təcili olaraq Ukraynanı tərk etmək çağırışları edir.

Yenicag.az xəbər verir ki, üç ölkədən əlavə Hindistan da vətəndaşlarına “təcili Ukraynanı tərk edin” çağırışı edib. Rusiya müttəfiqlərinin bu çağırışları Rusiyanın yeni hücum dalğası planlaşdırdığının anonsu kimi qiymətləndirilib.

Artıq Qərb ölkələri Çin, İran, Qazaxıstan və Hindistanın çağırışlarından, Rusiyanın bir bölgədə rəsmi hərbi vəziyyət elan etməsindən və ölkə ərazisinə elan edilməmiş qadağaların gətirilməsindən sonra Rusiyanın Ukraynada yeni hücum dalğasını başlatmasından narahatdır.

Ehtimal edilir ki, Rusiya qarşıdan gələn qışı nəzərə alaraq Ukraynanın kommunikasiya yollarını, su, qaz və digər həyatı əhəmiyyətli xətlərini vura bilər.

Qərb mediası da bunun üzərində daha çox durur. İddia edilir ki, Rusiya Ukraynanın elektrik stansiyaları və su bəndlərini vura bilər. Hətta Kaxovka bəndi uçarsa, 80 yaşayış məntəqəsinin su altında qala biləcəyi vurğulanır.

Görünən odur ki, Rusiya-Ukrayna müharibəsi daha qanlı və daha şiddətli mərhələyə qədəm qoyur.

www.yenicag.az

399
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv