!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Ukraynadakı müharibədə taktikanı DƏYİŞDİ: Əsas məqsəd bu şəhəri ələ keçirməkdir

!Reklam – Yazi

“Rusiya müharibəyə başlayanda onun ilk məqsədi Ukraynanın, heç olmazsa, böyük şəhərlərindən birini tutmaq idi. Yəni ilkin niyyət Kiyev olsa da, Kreml daha sonra bunu Xarkovla dəyişdi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev söyləyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin inauqurasiya mərasimindən sonra Ukraynadakı hərbi əməliyyatların miqyasının genişlənəcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Z. Əmrəliyev hesab edir ki, sərhədə qoşunların yerləşdirilməsinə baxmayaraq, bu gün Rusiyanın əsas məqsədi yalnız Xarkovu tutmaqdır:

“Məlum olduğu kimi, Vladimir Putinin sonuncu prezidentlik müddəti ilə bağlı məsələ mövcuddur. Bundan əlavə, o, 6 il ərzində varis seçimi də etməli və Ukrayna məsələsini müəyyən qədər səngitməlidir. Burada sülh müqaviləsindən danışmaq hələlik mümkün deyil, lakin ehtimal edilir ki, atəşkəs olacaq. Rusiya ordusu da atəşkəsə qədər çalışacaq ki, Xarkovu ələ keçirsin”.

Onun sözlərinə görə, Putin inauqurasiya mərasimindən sonra baş nazir postuna Mixail Mişustinin namizədliyini yenidən irəli sürdü və onunla yola davam edəcək:

“Yeni hökumət qurulandan sonra Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun olacağı istisna edilmir. Həmçinin ABŞ Ukraynaya yeni dəstək paketi ayırdı və bu dəstəklər Rusiyanın gözlənilən hücumunun qarşısını almaq üçün edilib. Rusiya sərhəddə qoşunlarının sayını artırıb və böyük ehtimalla, yay aylarında, hətta nisbətən payızda Rusiyanın Ukrayna cəbhəsində aktiv hücumlarının şahidi olacağıq. Ehtimal edilir ki, burada əsas hədəf olaraq, Xarkov götürülsün”.

Qeyd edək ki, Ukraynaya məxsus yerli “Telegram” kanalları OSINT (Açıq mənbə kəşfiyyatı – red.) məlumatlarına əsasən, Rusiya ordusunun Şimal Hərbi Dairəsinin 50 minə yaxın şəxsi heyətinin Çerniqov-Sumı-Xarkov xətti boyunca dislokasiya edildiyini bəyan edib. Bundan əlavə, 120 PC3B, 400 tank, 930 zirehli texnika, 90 artilleriya sisteminin sərhəddə hazır şəkildə gözləməsi ilə bağlı məlumatlar da silsilə şəkildə dərc olunmaqdadır.

Rafi Müslümov

www.yenicag.az

346
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv