!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya Ukraynaya qarşı hərbi təcavüzünü dayandırmaq niyyətində deyil” – Entoni Blinken

!Reklam – Yazi

“Hər şey onu göstərir ki, Putin ondan gözlənilənlərin əksinə hərəkət etməkdədir”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzə son qoymaq ehtimalını dəyərləndirən ABŞ dövlət katibi Entoni Blinken deyib.

Dövlət katibinin sözlərinə görə, Rusiya geri çəkilmək əvəzinə, hərbi təcavüzün miqyasını genişləndirərək Ukraynanın mülki infrastrukturu bombardman edir:

“Əgər söhbət savaşın dayandırılmasına yönəlik diplomatiyadan gedirsə, bu, Rusiyanın hərbi təcavüzü dayandırmaqda maraqlı olacağı nöqtəyə yetişib-yetişməməsindən gedir. Biz hələ ki bunun əlamətlərini görmürük.

Rusiya geri çəkilmək əvəzinə, hərbi təcavüzün miqyasını genişləndirərək Ukraynanın mülki infrastrukturu bombalayır, saxta referendumlar keçirir və yüz minlərlə rusiyalını səfərbərliyə cəlb edir.

Hər şey onu göstərir ki, Putin ondan gözlənilənlərin əksinə hərəkət edərək, məzmunlu diplomatiya ilə məşğul olmaq istəmir.

Rusiyadan fərqli olaraq, ukraynalılar öz ölkələri, öz torpaqları və gələcəkləri uğrunda vuruşurlar. Putin bu reallığı nə zaman dərk etsə, savaşı bir o qədər tez bitirmək olar”.

www.yenicag.az

440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv