!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya Ukraynaya raket hücumlarını davam etdirir

!Reklam – Yazi

Ukrayna Baş Qərargahı Rusiya təyyarələrinin Xəzər dənizi regionundan Ukraynaya raket atdığını bəyan edib.

Yenicag.az xəbər verir ki, Baş Qərargahın açıqlamasında Xəzər dənizində Rusiyaya məxsus “Tu-95” və “Tu-160” tipli raketdaşıyan təyyarələrdən “X-101” və “X-555” tipli raketlərin Ukraynaya atıldığı iddia edilib. Açıqlamada raketlərdən 4-nün Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyi bildirilib.

Hücum təhlükəsinin davam etdiyi vurğulanan bəyanatda vətəndaşlara “sığınacaqlarda qalmaq” çağırışı edilib.

Baş Qərargahın başqa bir açıqlamasında Rusiya qüvvələrinin Ukraynadakı hücumlarda istifadə etdiyi İran istehsalı Şahid kamikadze PUA-ların Belarusdan havaya qalxdığı bildirilib. Açıqlamada Belarusun hücum edən Rusiya qüvvələrinə material, maşın və sursat verdiyi iddia edilib.

Rusiya qüvvələrinin Ukraynanın qərbindəki Lvov şəhərinə raket zərbələri endirdiyi də iddia edilib. Lvov meri Andrey Sadoviy öz “Twitter”hesabındakı paylaşımında Rusiya qüvvələrinin şəhərin kritik infrastruktur obyektlərini raketlərlə vurduğunu deyib.

Hücum səbəbindən şəhərin bəzi hissələrinin işıqsız qaldığını qeyd edən Sadoviy Lvov sakinlərini “sığınacaqlarda qalmaq” çağırışı edib.

www.yenicag.az

362
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv