!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya unutmasın, Azərbaycan nə Gürcüstandır, nə də Moldova...” – Tural Abbaslı

!Reklam – Yazi

“Türkiyə sülhməramlı qüvvələrinin eyni səlahiyyətlərlə həmin ərazilərdə yerləşdirilməsini təmin etməliyik”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin ciddi narazılıq doğuran fəaliyyətini dəyərləndirən AĞ Partiyanın sədri Tural Abbaslı deyib.

Tural Abbaslı bildirib ki, beynəlxalq təcrübədə sülhməramlı missiyanı tənzimləyən qərar və qaydalar var:

“Sülhməramlı missiya beynəlxalq hüquqla, BMT-nin müvafiq qaydaları ilə tənzimlənir. Təəssüflə qeyd etməliyik ki, Rusiya sülhməramlılarının fəaliyyətinə nəzər saldıqda, onların öz səlahiyyət hədlərini aşdıqlarını görürük. Hətta bir çox hallarda inzibati işlərə belə müdaxilə etməyə və oranın idarəçiliyini əla almağa çalışırlar.

Eyni zamanda, Rusiya sülhməramlıları əraziyə gəldikləri gündən etibarən, manipulyasiyaya əl ataraq, dislokasiya və təmas xətti ilə bağlı müxtəlif xəritələr yayımlayırlar.

Düşünürəm ki, Rusiya burada özünü həlledici qüvvə kimi hiss etməməlidir. Rusiya unutmamalıdır ki, onun hərbçiləri bizim ərazidə üçtərəfli bəyanat əsasında yerləşdirilib. Təbii ki, sülhməramlı qüvvələr öz səlahiyyət hədlərini aşdıqda, onların buradan çıxarılmasını da tələb edə bilərik. O ixtiyarı bizdən heç kim almayıb.

Rusiya regionda ya sülhməramlı missiyanı yerinə yetirməldir, ya da əks halda, Azərbaycan onların fəaliyyətindən imtina edə bilər”.

Partiya sədri Türkiyə sülhməramlılarının da bölgəyə gələ biləcəyinin mesajını verib:

“Rusiyanın fəaliyyəti ermənilərin maraqlarına qulluq edirsə, tərəfsizlik itirilibsə, biz də Türkiyə sülhməramlı qüvvələrinin eyni səlahiyyətlərlə həmin ərazilərdə yerləşdirilməsini təmin etməliyik.

Bura Rusiya üçün nə Moldovadır, nə də Gürcüstan. Məncə, Rusiya müasir siyasi prosesləri bir də analiz edib, mövqeyini yenidən gözdən keçirsə, daha yaxşı olar”.

Səxavət Məmməd

www.yenicag.az

4323
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv