!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya valyutasının ÇÖKÜŞÜ: Rublun dəyərdən düşməsi Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? - AÇIQLAMA

!Reklam – Yazi

“Rublun dəyər itirməsi, xüsusilə idxal-ixrac olunan malların strukturuna, eləcə də azərbaycanlı sahibkarların daha çox idxal məhsulları almasına müsbət təsir edəcək”.

Bunu son zamanlar Rusiya rublunun sanksiyaların tətbiqi nəticəsində dəyər itirməsinin Azərbaycan iqtisadiyyatına təsirlərini şərh edərkən iqtisadçı ekspert Məmməd Talıblı Yenicag.az-a açıqlamasında deyib.

O, rublun dəyərdən düşməsinin Rusiyadan idxal edilən məhsullara müsbət təsir göstərəcəyini bildirib:

“Rublun dollar qarşısında dəyər itirməsi yeni hal deyil. Son 2 ilin ciddi monetar tendensiyalarındadır. Bu tendensiyalar daha da güclənəcək. Çünki sanksiyaların Rusiya iqtisadiyyatını ciddi sürətdə sıxışdırması hələ çox kataklizmlər (çətinliklər) yaradacaq. SWIFT-dən çıxarılma və bu tip təsir kanalları rublun sürətlə dəyər itirməsini gücləndirəcək.

Hələlik bu prosesi nisbətən tormozlayan faktor neft-qaz ixracından Rusiyaya dollarla daxil olma kanallarının qalmasıdır. Bildiyimiz kimi, Rusiya Azərbaycanın ilk beşlikdə olan xarici iqtisadi tərəfdaş ölkəsindən biridir. Rublun dəyər itirməsi xüsusilə idxal-ixrac olunan malların strukturuna, eləcə də azərbaycanlı sahibkarların daha çox idxal məhsullarının alınmasına müsbət təsir edəcək. Elə məhsullar var ki, onları idxal edirik. Belə məhsullarda müsbət gözləntilər artacaq. Yeri gəlmişkən, biz eyni halları Türkiyə iqtisadiyyatı üçün də deyə bilərik”.

Sadiq Cavadov

www.yenicag.az

251
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv