!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya və Çin NATO-ya QARŞI: "Moskvanın aqressiv xarici siyasəti qonşularını..." - ŞƏRH

!Reklam – Yazi

“Rusiya, hətta Çin, yaxud onların mümkün ittifaqı bu prosesin qarşısını almaq iqtidarında deyil”.

Bu sözləri qlobal təhlükəsizlik, NATO-nun genişlənməsi və digər güclərin bunun qarşısında ata biləcəyi addımları şərh edən politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında deyib.

Zaur İbrahimli bildirib ki, Rusiyanın Ukraynaya hücumundan sonra artıq NATO qlobal səviyyədə təhlükəsizliyin əsas təminatçısı kimi nəzərdən keçirilir:

“Rusiyanın Ukraynaya işğalçı hücumu dünyada, xüsusən Avropada kollektiv təhlükəsizlik sistemi və ayrı-ayrı ölkələrin təhlükəsizliyinin mövcud təminatları ilə bağlı məsələləri aktuallaşdırdı. Ukraynanın nüvə silahından imtina etməsi müqabilində ona verilən təhlükəsizlik təminatlarına baxmayaraq, Moskva bu ölkəyə hücum etdi. Həmçinin BMT, ATƏT müstəvisində qəbul edilən qərarlar Ukraynanın təhlükəsizliyini təmin edə bilmədi. Ukrayna hazırda Qərb ölkələrindən çox ciddi hərbi dəstək alsa da, faktiki olaraq Rusiya ilə təklikdə döyüşür, NATO üzvləri canlı qüvvə göndərə və ölkənin hava məkanını bağlaya bilmirlər. Məhz yeni reallıqlar və Rusiyanın aqressiv xarici siyasəti Avropa ölkələrini, xüsusən Moskvanın qonşularını yeni çıxış yolları axtarmağa məcbur edir. Hazırda ən optimal çıxış yolu kimi NATO-nun genişlənməkdə davam etməsi, alyansın artıq yeni keyfiyyət qazanması və təhlükəsizlik çətirinin bütün qitəni əhatə etməsi görülür.

Bir il əvvələ qədər NATO-nun missiyası, yeni keyfiyyəti ilə bağlı ciddi tərəddüdlər yaranmışdı, Alyansa alternativ kimi Avropa İttifaqı ölkələrinin hərbi birliyinin yaradılması müzakirə edilirdi. ABŞ-nin Avropanın təhlükəsizliyinin əsas təminatçısı rolu ilə bağlı tərəddüdlər vardı, təhlükəsizlik məsələlərində başda Fransa olmaqla bir çox Avropa ölkələri daha çox müstəqil hərəkət edilməsi siyasəti irəli sürürdülər. Rusiyanın Ukraynaya hücumundan sonra artıq NATO qlobal səviyyədə təhlükəsizliyin əsas təminatçısı kimi nəzərdən keçirilir. Bu, faktiki olaraq yeni doktrinadır və yaxın gələcəkdə, güman ki, doktrinal sənədlərdə öz əksini tapacaq. NATO BMT və ATƏT-in fəaliyyətsizliyi, mövcud mexanizmlərin işləməməsi səbəbindən yaranmış boşluğu dolduracaq əsas alət kimi nəzərdən keçirilir. Konseptual olaraq artıq sazişlərlə deyil, böyük gücə malik hərbi birliklə qlobal təhlükəsizliyin təmin olunması ideyası ön plana çıxır.

Rusiya, hətta Çin, yaxud onların mümkün ittifaqı bu prosesin qarşısını almaq iqtidarında deyil. NATO-nun güclənməsi bu ölkələrin artan ambisiyalarına adekvat cavab kimi nəzərdə tutulur. Bu baxımdan, NATO-nun genişlənməsi hazırda Qərb ölkələrinin əsas təhlükəsizlik prioritetidir. Rusiya və Çin tərəfdən atılacaq əks addımlar bu prosesi saxlaya bilməz, bu məsələlərlə bağlı artıq müvafiq tədbirlər görülüb və bu, strateji qərardır.

Türkiyə üçün isə öz milli maraqlarının nəzərə alınması baxımından manevr etmək imkanları yaranıb. Güman etmirəm ki, Ankara sona qədər vetoda israr edəcək. Böyük ehtimalla, Ankara Bayden adminstrasiyasının danışıqlara başlamasına çalışır. Türkiyə üçün, ilk növbədə, ABŞ-dən təminatlar almaq vacibdir. Yeni gerçəkliklər Ankaranın alyans üçün əhəmiyyətini bir daha aydın şəkildə göstərdi və böyük ehtimalla, Türkiyə bu təminatları almağı bacaracaq”.

Səxavət Məmməd

www.yenicag.az

363
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv