!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya və Çinə qarşı virtual müharibə üsulları...” – NATO analitikləri

!Reklam – Yazi

“Ağıllı insanlar vaxt keçdikcə kiberməkandakı müharibənin realdakından daha təsirli olacağını qabaqcadan görür”. NATO analitikləri diqqətlərini getdikcə ənənəvi müharibə üsullarına deyil, virtual üsullara yönəldirlər. Şimali Atlantika Alyansının ən yaxşı analitikləri fikirlərini hazırda kibermüharibə strategiyası və taktikası üzərində cəmləyib.

Yenicag.az hüquq elmləri doktoru, Rusiyanın əməkdar hüquqşünası, professor Yuri Jdanovun NATO-nun yeni strategiyasında dönüşə səbəb olan amillərdən və yeni strategiyanın necə qurulacağından danışdığı müsahibəni təqdim edir:

– Yuri Nikolayeviç, NATO həqiqətən də artilleriya atəşindən, raket zərbələrindən və bombardmanlardan əl çəkib kompüter qarşısında rahat kreslolarda əyləşərəkmi müharibə edəcək?

– Əlbəttə yox. Həqiqi silahlarla əsl müharibə həmişə aktiv olacaq. Lakin yanaşı olaraq yeni amil – kibermüharibə getdikcə daha çox əhəmiyyət kəsb etməyə başlayacaq. Ağıllı insanlar isə zaman keçdikcə kiberməkandakı müharibənin realdakından daha təsirli olacağını qabaqcadan görür. Kiberhücumlar hətta ən güclü kinetik silahlardan (nüvəni nəzərdə tutmuram) daha çox zərər verə bilər. Zərərli virusların bütöv bir ölkənin texnologiya həyatını necə iflic edə biləcəyinin gələcəkdə şahidi olacağıq. Bir mərmi, bir dənə də olsun raket atılmayacaq. NATO ekspertləri bu gün məhz həmin imkanları müzakirə edirlər.

– Bu ekspertlər kimlərdir?

– İyunun 6-da NATO-da fəaliyyət göstərən iki ingilis alimi, Dr. Tim Stivens və Dr. Co Burton “NATO və Kiberməkanda Strateji Rəqabət” adlı məqalə dərc edib. Müəlliflər çox layiqli və tanınmış insanlardır. Dr. Tim Stevens London Kral Kollecinin Hərbi Tədqiqatlar Fakültəsində beynəlxalq təhlükəsizlik üzrə mühazirələr oxuyur. Və Dr. Joe Burton Böyük Britaniyanın Nottingem Universitetinin Sosial Elmlər Fakültəsinin Kibertəhlükəsizlik və Beynəlxalq Əlaqələr üzrə dosentidir. Dərc olunan məqalə NATO-nun və ya üzv ölkələrin hökumətlərinin rəsmi mövqeyi və ya siyasəti deyil. Müəlliflərin söylədiyi fikirlər məhz özlərinə məxsusdur.

– Bu cəhd Ukrayna və Rusiya arasındakı münaqişədən qaynaqlanır?

– Demək olar ki, hə. Münaqişə tərəflərinin ənənəvi silahla həlledici nəticə əldə edə bilməməsi britaniyalı ailmləri müharibənin alternativ üsulları haqqında fərziyyələr irəli sürməyə məcbur etdi. Onların fikrincə Rusiya-Ukrayna müharibəsi kiberməkanda strateji rəqabətin payını nümayiş etdirdi.

 

www.yenicag.az

375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv