!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya və fərari oliqarxlar Moldovanı qarışdırmağa çalışırlar” – Daxili işlər naziri

!Reklam – Yazi

“Ukrayna məğlubiyyətə uğrayarsa, o zaman Rusiyanın növbəti hədəfi Avropada sülh və demokratiya olacaq”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Brüsseldə səfərdə olan Moldovanın daxili işlər naziri Ana Revenko Avropa İttifaqının (Aİ) daxili işlər üzrə komissarı İlva Yohanssonla birgə mətbuat konfransda deyib.

Xanım nazirin sözlərinə görə, Rusiya Moldovada dövlət çevrilişi həyata keçirmək cəhdlərinə ara vermir:

“Biz Moskva ilə fərari oliqarxların Moldovada sabitliyi pozmaq və Kişinyovun demokratik kursunu dəyişmək üçün səylərini necə birləşdirdiklərini görürük.

Əgər Ukrayna məğlubiyyətə uğrayarsa, o zaman Rusiyanın növbəti hədəfi Avropada sülh və demokratiya olacaq. Bu çərçivədə Avropa İttifaqının Moldovaya dəstəyini davam etdirməsi zəruridir.

Moldova Rusiyanın Avropada sabitliyi pozmaq niyyətlərinə sadəcə, mane olur. Biz qitədə sabitliyi yalnız birlik şəraitində təmin edə bilərik”.

www.yenicag.az

271
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv