!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya və İran böyük hərbi saziş BAĞLAYACAQ - FOTO

!Reklam – Yazi

Rusiya və İran böyük hərbi saziş bağlayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, dövlətlər Böyük Dövlətlərarası Müqavilə bağlayacaqlar.

İran İslam Respublikası Silahlı Qüvvələrinin müdafiə və dəstək naziri briqada generalı Məhəmməd Aştiani və Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu arasında ikitərəfli hərbi əməkdaşlıq məsələləri ətrafında telefon danışığı olub.

“Tərəflər Rusiya-İran münasibətlərinin fundamental prinsiplərinə sadiqliklərini vurğuladılar.

İmzalanmağa hazırlanan Böyük Dövlətlərarası Müqavilədə bir sıra mühüm bənd təsdiqlənəcək. Bu sənəddə iki ölkənin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə bağlı bənd yer alacaq”, – məlumatda qeyd olunur.

Xuraman Etibarlı

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv