!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya və İranın tormozlama siyasəti: "Bundan sonra ağırlığı Qafqaza yönəldəcək" - ŞƏRH

!Reklam – Yazi

“İran və Rusiya istəyir ki, qonşulara demokratiya gəlməsin, Qafqaz xalqları arasında yaxşı münasibətlər, sülh olmasın”.

Bu sözləri Gürcüstanda baş verən hadisələr, regionda Rusiya və İranın tormozlama siyasətini dəyərləndirən Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, Rusiya Ukraynadan sonra ağırlığı Qafqaza yönəldəcək:

“Cənubi Qafqazdakı üç ölkənin fərqli xüsusiyyətləri var. Gürcüstan Saakaşvili ilə demokratiyanı dadıb. Xalq da, qonşular da bunu yaxşı bilir. Bu bir tarixdir. Gürcü xalqı bu tarixi unutmur, onun üstün cəhətlərini görüb. Eyni zamanda hər üç dövlətdə tormozlayıcı qüvvə var. İran və Rusiya istəyir ki, qonşulara demokratiya olmasln. Qafqaz xalqları bir araya gəlməsin, 3 ölkə arasında sülh, anlaşma olmasın. Bu İran və Rusiyanın maraqlarına uyğundur.

Saakaşvilinin maksimalist düşüncə ilə keçirdiyi islahatlar yaddaşdadır və bu gün də gürcü xalqında nostalji hisslər var. İvanaşvili ümidləri doğrultmadı. O, maksimalist şüarlarla gəldi, ancaq Moskva kapitalı idi. Onun həm də hədəfləri var idi. Misal üçün demokratiyanın qarşısını kəsmək. Saakaşvili o qədər böyük işlər görüb ki, demokratiyanı harada boğmaq istədilərsə, müqavimətlə rastlaşdılar. Seçkiləri saxtalaşdırdılar, mitinqləri dağıtdılar.

Qərbə inteqrasiya xəttini əngəlləmək istəyən qanun Gürcüstanda keçməyəcək. Hesab edirəm ki, son baş verənlərdən gürcü xalqı yaxşı çıxdı. Xalqın iradəsi qalib gəldi. Nəzərə almaq lazımdır ki, Rusiya puskudadır. Rusiya Ukraynadan sonra ağırlığı Qafqaza yönəldəcək.

44 günlük savaşdan sonra Rusiya Ermənistanda istəyinə nail olmalı idi, ancaq bu baş vermədi. Paşinyan xətti, Qərbə inteqrasiya xətti qalib gəldi. Rusiyada bunun da acığı durur. Sərkisyanlar, Köçəriyanlar hələ sağdılar. Rusiyanın tormozlama maşını Ermənistanda da işləyir ki, Ermənistanı Avropaya inteqrasiya xəttindən əngəlləsin.

Azərbaycan nə Ermənistandır, nə də Gürcüstandır. Azərbaycanın fərqli cəhətləri var. Azərbaycan strateji, Türk dünyasını birləşdirən bir nöqtədir. İndiki halda Qarabağ ətrafında gərginliyi artıran Rusiyanın “Vaqner” qrupunun ( red. mən Qarabağdakı rus ordusuna sülhməramlı yox, Vaqner deyirəm) fəaliyyəti nəticəsində baş verir.

Rusiya Qarabağa xeyir yox, zərər vermək üçün gəlib. Onlar prolemi həll etməyə yox, əksinə problemi dondurub, öz maraqlarına uyğun konservləşdirməyə gəliblər. İndiki zamanda Gürcüstanda və Ermənistanda qaynarlıq yaxın tarixdə baş vermiş proseslərin davamıdır. Azərbaycan indiki məqamda daha ehtiyatlı davranmalıdır. Rusiya Ermənistan vasitəsi ilə Azərbaycana qarşı təxribatlar törətməyə cəhd edəcək və çalışacaq ki, proses siyasi mərkəzə daşınsın. Buna imkan vermək olmaz.

İran Azərbaycanda dini boşluqdan istifadə edib şəbəkə qurub. Bundan əlavə, Rusiyanın casus şəbəkəsi hələ də tam təmizlənməyib. Hələlik Rusiyanın əsas dayağı olan Ramiz Mehdiyev yaşayır və altdan-altdan işlərini görürlər. Azərbaycan üçün ciddi planlar hazırlamış ola bilərlər. İndiki halda status-kvonu saxlamaq lazımdır. Rusiyanın zəifləməsinə qədər Azərbaycan güclü hakimiyyət, güclü dövlət modelinin üzərində düşünməlidir. Vaxtından əvvəl meydana gəlmək Azərbaycan üçün itkilərə səbəb ola bilər.

Yenidən Gürcüstana qayıtsaq, deyə bilərəm ki, Gürcüstan hakimiyyəti o qədər hiyləgərdir ki, həmin qanun layhəsini yenidən gündəmə gətirə bilər. Bunun özü də hakimiyyət çevrlişinə qədər gətirib çıxara bilər. Gürcüstanda prezidentlə hökumət arasında ciddi ixtilaf var. Siyasi böhranın dərinləşməsi imkanlarını proqnozlaşdırmaq olar”.

Səxavət Məmməd

www.yenicag.az

731
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv