!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya və Türkiyə təcrübəsi: "İcra Hakimiyyətləri ləğv edilsin..." - TƏKLİF

!Reklam – Yazi

“Azərbaycanda uzun müddətdir ki, kadr islahatları davam edir. Biz bu islahatları bütün sferalarda, nazirliklərdə, qurumlarda görürük”.

Bu fikirləri Azərbaycanda regional idarələrin yaradılmasını dəyərləndirən siyasi şərhçi Tehran Orucoğlu Yenicag.az-a açıqlamasında səsləndirib.

O bildirib ki, regional idarələrin yaradılması islahatların davam etməsi deməkdir:

“Biz daha əvvəl mədəniyyət sahəsində bunu gördük. Regional Mədəniyyət idarələri yaradıldı. Düşünürəm ki, bu, çoxdan baş verməliydi. Rayonlara nəzər yetirsək. görərik ki, az sayda, təxminən 10-15 min əhalisi olan rayonlarda onlarla idarə fəaliyyət göstərir. Bu qurumlarda çalışanların əməkhaqqları isə dövlət büdcəsindən ödənilir. Bəs fəaliyyətləri nədir? – Əlbəttə ki, sıfır. Müxtəlif ştatlar açılır və orada insanlar çalışır. Bəzi yerlərdə isə bir nəfər işbaz ştata kimlərinsə adını yazırdı və əməkhaqqı kartlarını mənimsəyirdi”.

Tehran Orucoğlu Rayon İcra Hakimiyyətlərinin ləğv olunmasını təklif edib:

“İcra Hakimiyyətləri yaradılarkən nəzərə alınır ki, həmin rayonda nəzarət gücləndirilsin və rayon inkişaf etsin. Bizdə isə tam əksi oldu. Təbii ki, ölkədə vicdanla fəaliyyət göstərən icra başçıları var. Lakin bir çox rayonda vəziyyət tərsinədir. Otururlar kabinetdə, heç bir iş də görmürlər. Rayon əhalisi də narazı. Bu qurumların hər birində nə qədər şöbə var. Hərəsi nə qədər maaş alır. Amma ki, görülən iş yenə də sıfır. Cənab prezident icra başçılarına dəfələrlə xəbərdarlıqlar edib. İşində nöqsanlara yol verən neçə icra başçısı hazırda həbsdədir. Biz Türkiyə və ya Rusiya təcrübəsindən faydalanmalıyıq. Məsələn, Rusiyada qubernatorlar var. Hansı ki, hər qubernatorluğun ərazisi bir neçə Azərbaycan boydadır. Bir də Türkiyədə bələdiyyə sistemi. Ya regional icra hakimiyyətləri yaratmalı və ya bələdiyyə sistemini gücləndirməliyik. Düşünürəm ki, hökumət bunun üzərində işləyir. Qanun pozanların aqibəti isə hər birimizə məlumdur. Bir sözlə, ölkədə kadr islahatları davam edir. Bu, ordu sahəsindən tutmuş ən kiçik qurumlara qədər belədir”.

Aqil Bəkir

www.yenicag.az

829
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv