!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya və Ukraynanın 15 bəndlik atəşkəs planı - Detallar AÇIQLANDI / Kremldən reaksiya

!Reklam – Yazi

Rusiya və Ukrayna nümayəndə heyətləri Kiyevin neytrallığı və Ukrayna silahlı qüvvələrinin azaldılması şərti ilə atəşkəs və rus qoşunlarının çıxarılması da daxil olmaqla 15 bənddən ibarət münaqişəyə son qoymaq üçün plan hazırlayıblar.

Yenicag.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti çıxış edib.

“Plan Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsini nəzərdə tutur. Ukrayna ABŞ, Böyük Britaniya və Türkiyə kimi müttəfiqlərdən müdafiə müqabilində digər dövlətlərin hərbi bazalarına ev sahibliyi etməməli, yəni öz ərazisində xarici hərbi bazalar və silahlar yerləşdirməməlidir.

Rusiya və ya Ukrayna tərəfindən belə bir planın hazırlandığına dair rəsmi təsdiq olmayıb”, – deyə məlumatda qeyd edilib.

Qəzetin yazdığına görə, Kiyev Rusiya prezidenti Vladimir Putinin sülhün bərqərar olması və böhranın həlli ilə bağlı bəyanatlarına şübhə ilə yanaşır, Moskvanın ordunu yenidən qruplaşdırmaq və hücumu davam etdirmək üçün vaxt qazanmağa çalışmasından ehtiyat edir.

Kremlin sözçüsü Dmitri Peskov isə açıqlamasında,  “Hələlik biz hər hansı saziş paketini açıqlamağın tez olduğunu düşünürük”, – deyə vurğulayıb

Peskov qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenski ilə müzakirə üçün yox, razılaşmaları düzəltmək üçün görüşə bilər.

www.yenicag.az

764
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv