Reklam

Reklam

Rusiya lideri Vladimir Putinin prezident postunda fəaliyyətini ölkə vətəndaşlarının 81 faizi dəstəkləyib.

Yeniçağ.Az-ın xəbərinə görə, bu barədə “İctimai fikir” fondunun apardığı sorğunun nəticələri göstərir.

Əgər növbəti bazar günü prezident seçkiləri keçirilsə, “Kimə səs verərdiniz” sualına rəyi soruşulanların 64 faizi “Putinə səs verərdim” cavabı səsləndirib.

Sorğuda iştirak edənlərin 10 faizi isə Vladimir Jirinovskini, 4 faizi Gennadi Züqanovu seçib.

Bundan başqa, rəyi soruşulanların 78 faizi Rusiya prezidentinə etibar etdiklərini bildirib.

Məlumatda qeyd olunur ki, respondentlərin doqquz faizi seçkilərdə iştirak etməyəcəyini vurğulayıb.

Sorğu iştirakçılarının 78 faizi Rusiya liderinə inandıqlarını bildiriblər. Baş nazir Dmitri Medvedevi respondentlərin 41 faizi dəstəkləyib.

25-26 mart tarixində keçirilən sorğuda üç min insan iştirak edib.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."