Rəsmi Moskva Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin kəskin gərginləşməsi ilə əlaqədar narahatlığını və durumun sabitləşməsi üçün yardım göstərəcəyini bildirib.
Yenicag.az xəbər verir ki, bunu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Məlumata görə, döyüş əməliyyatları davam edir. Artilleriyadan istifadə olunur. Öldürülən və yaralılanlar var. Həlak olanların doğmaları və yaxınlarına başsağlığı veririk”, – bəyanatda bildirilib.
Rusiya XİN regionun təhlükəsizliyi üçün təhdid olan vəziyyətin yenidən gərginləşməsini yolverilməz olduğunu vurğulayıb.
“Tərəfləri təmkinli olmağa və atəşkəs rejimini ciddi şəkildə gözləməyə çağırırıq”, – bəyanatda bildirilib.