!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya XİN bu dövlətlərə XƏBƏRDARLIQ etdi

!Reklam – Yazi

Rusiya Xarici İşlər Nazirliyi Ukraynaya silah və hərbçi göndərən ölkələrə xəbərdarlıq edib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Ukraynaya silah və hərbçi göndərən ölkələr məsuliyyət daşıyırlar:

“Biz bu barədə öz səfirliklərimiz vasitəsilə məlumat vermişik. Diplomatlarımız mövqeyimizi açıq şəkildə ifadə ediblər”.

Zaxarova, həmçinin Qərbin Kremlə qarşı ayrı-seçkilik siyasəti apardığını iddia edib.

“Qərbin bizə qarşı ayrı-seçkilik siyasətini dayandırmaq üçün çoxlu imkanları var idi. Lakin onlardan istifadə etmək istəmədi. Biz Qərbin bu siyasəti ilə razılaşmayacağıq. Biz əvvəl yumşaq siyasət yolunu tutduq, amma sonra daha sərt ritorikaya keçdik. Çünki Qərb bizi başa düşmədi” – o, vurğulayıb.

Qeyd edək ki, fevralın 27-də Ukrayna prezidenti Volodimir Zelenski ölkədə xarici ərazi müdafiə legionunun yaradıldığını elan edib. Ardınca isə hərbi əməliyyatlarda iştirak etmək üçün xaricdən ölkəyə gələnlər üçün vizasız rejim tətbiq etmək qərarına gəlib./Report/

www.yenicag.az

571
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv