!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya XİN bu ölkələrə etiraz etdi

!Reklam – Yazi

Almaniya, Böyük Britaniya, Fransa və ABŞ Ukraynada sülh prosesində neytral vasitəçi roluna iddia edə bilməz.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Bu ölkələr Rusiya ilə münaqişəyə cəlb olunduğu üçün belə addımlar mümkün deyil.

Münhen Təhlükəsizlik Konfransının keçmiş rəhbəri Volfqanq İşinqerin bəyanatından xəbərimiz yoxdur. Bizim bu təşəbbüsdən rəsmi məlumatımız yoxdur. Bununla belə, İşinqerin ideyası bir sıra haqlı suallar doğurur. Xüsusən də, bütün bu ölkələrin Rusiya ilə Ukrayna münaqişənin iştirakçıları olduğu bir zamanda”, – məlumatda deyilir.

Diplomatik departament qeyd edib ki, hazırda bu dörd ölkə Ukraynaya muzdlu əsgərlər və silahlar tədarük edir:

“Həmçinin bu ölkələr Ukrayna Silahlı Qüvvələrini kəşfiyyatla təmin edir və əsgər hazırlayır”.

Xatırladaq ki, İşinqer daha əvvəl bəyan etmişdi ki, Ukrayna ilə bağlı təmas qrupunun yaradılması lazımdır. Bu, sülh prosesini başlatmaq üçün vacibdir. Diplomatın sözlərinə görə, bu qrupa Berlin, Paris, London və Vaşinqton daxil olmalıdır

www.yenicag.az

314
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv