!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya XİN-dən Qarabağ erməniləri ilə bağlı SON DƏQİQƏ açıqlaması

!Reklam – Yazi

“Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək şərti ilə vətənə qayıtmaq imkanı olmalıdır”.

Yenicag.az xəbər verir ki, bu barədə aprelin 18-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Azərbaycan hakimiyyəti Qarabağ ərazisini tərk edən erməni əhalisi ilə bağlı xüsusi reinteqrasiya planı qəbul edib. Rusiyanın bu addımı alqışladığı və dəstəklədiyi dəfələrlə vurğulanıb. Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək şərti ilə vətənə qayıtmaq imkanı olmalıdır. Biz də öz növbəmizdə bu prosesə hər cür kömək etməyə hazırıq”, – deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, bu məsələni 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı və Azərbaycanı tərk etmiş azərbaycanlıların və ermənilərin geri qayıtması mövzusundan ayırmaq lazımdır.

“Bu kateqoriyadan olan vətəndaşların potensial geri qayıtmasına şərait yaratmaq üçün çox böyük işlər görülməlidir. Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşması, iki ölkə arasında etimad mühitinin yaranması üçün bu məqsədlə dövlət başçılarının üçtərəfli bəyanatlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi zəruridir”, – Zaxarova qeyd edib.

www.yenicag.az

123
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv