!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya XİN Türkmənçay sazişi ilə bağlı səhvini düzəltdi

!Reklam – Yazi

Rusiya Xarici İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifəsində 1828-ci il Türkmənçay sazişi ilə bağlı xəbərdəki səhv aradan qaldırılıb.

Yenicag.az xəbər verir ki, həmin materialın mətnindən “Şərqi Ermənistan” ifadəsi çıxarılıb.

Fevralın 22-də Xarici İşlər Nazirliyi tərəfindən verilən bəyanatda qeyd edilir: “Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı vaxtda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəssüf doğurur”.

“Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yanlış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik”, – bəyanatda vurğulanır.

www.yenicag.az

451
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv