!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya yeni pandemiyanın yayılması ehtimalı ilə bağlı ABŞ-ni ittiham etdi

!Reklam – Yazi

Rusiya yeni pandemiyanın yayılması ehtimalı ilə bağlı ABŞ-ni ittiham edib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov danışıb.

O bildirib ki, ABŞ virusları mutasiya edərək yeni pandemiya hazırlayır: “ABŞ-da mövcud olan eksperimental baza biosilah komponentləri ilə işləməyə imkan verir. Pentaqonun indi maraqlandığı bəzi xəstəliklər gələcəkdə pandemiyaya çevrilə bilər”.

General qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Ukraynadakı hərbi bioloji fəaliyyəti çərçivəsində Ukrayna Elmi-Texniki Mərkəzinin işi ilə əlaqəli şəxslərin siyahısını genişləndirib.

İ.Kirillovun sözlərinə görə, koronovirusun yeni mutasiyalarını axtarmaq üçün ABŞ 2,5 mindən çox yarasa üzərində eksperiment aparır.

www.yenicag.az

292
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv