!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada 100 min məhbus “YOXA ÇIXDI"

!Reklam – Yazi

Rusiyada 100 min məhbus “yoxa çıxıb”.

Yenicag.az xəbər verir ki, bu barəd “The Washington Post” məlumat yayıb. Nəşr yazır ki, Rusiya 100 minə qədər məhbusu azad edib və onları Ukraynaya döyüşməyə göndərib.

Rusiya Federasiyasının ədliyyə nazirinin müavini Vsevolod Vukolov panel müzakirələrinin birində bildirib ki, 2022-ci ilin fevralına qədər Rusiyada məhbusların sayı təxminən 420 min nəfər idisə, hazırda bu, tarixi minimuma – təxminən 266 min nəfərə düşüb.

“Sidyaşaya Rus” Fondunun rəhbəri Olqa Romanovanın sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi döyüşlərdə iştirak etmək üçün 100 minə yaxın məhbusu cəlb edib.

“Bu, şokedici bir rəqəmdir. Müharibənin əvvəlində 420 min məhbus var idi və biz bilirik ki, Priqojin 50 minə yaxın əsgər toplayıb”, – Olqa Romanova deyib.

Xuraman Etibarlı

www.yenicag.az

228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv