!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada 17 yaşlı azərbaycanlı tələbə ÖLDÜRÜLDÜ - FOTO

!Reklam – Yazi

Rusiyada 17 yaşlı azərbaycanlı tələbə öldürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mediası məluamt yayıb. Məlumatda bildirilir ki, 17 yaşlı Teymur adlı Azərbaycan vətəndaşı hansısa qrupun üzvü olan bir neçə sərxoş şəxslə mübahisə etdikdən sonra bıçaqlanıb. Daha sonra o, Çelyabinsk xəstəxanasında dünyasını dəyişib.

Gənc Cənubi Uralda böyüyüb, orada məktəbi bitirib və “hüquq-mühafizə orqanları” istiqamətində təhsil aldığı kollecə daxil olub.

Mərhumun yaxınları bildiriblər ki, faciə aprelin 30-a keçən gecə baş verib. Kollec tələbəsi dostları ilə birlikdə Tişçenko parkında olub. Yoldaşlar yemək yeməyə qərar veriblər, oğlan yeməkdən imtina edib.

Dostları 20 dəqiqə sonra qayıdanda gənci ağır yaralanmış halda görürlər.

Onlar təcili yardım çağırıb və hadisə barədə valideynlərinə məlumat veriblər. Zərərçəkmiş xəstəxanada bir neçə əməliyyat keçirib.

Tələbənin Rusiya vətəndaşlığı və icbari tibbi sığortası olmadığı üçün dostları onun müalicəsi üçün pul toplamağa başlayıblar.

Bütün bu müddət ərzində gənc komada olub, mayın 1-də həkimlər onun ölümü barədə ailəsinə məlumat veriblər.

Mayın 2-də axşam saatlarında Teymurun öldürüldüyü parkın mərkəzində vəfat etmiş azərbaycanlı tələbənin xatirəsinə vətəndaşların anım mərasimi keçirilib.

Anım mərasiminə müxtəlif millətlərdən olan 100-dən çox insan toplaşıb. Onların arasında mərhumun qohumları, dostları və Ural Regional Kollecində tələbə yoldaşları olub.

İstintaq Komitəsindən verilən məlumata görə, Teymuru bıçaqlayaraq öldürən 21 yaşlı cinayətkar saxlanılaraq nəzarətə götürülüb.

www.yenicag.az

214
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv