!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada 41 avtomobil toqquşdu: Yaralananlar var

!Reklam – Yazi

Novqorod vilayətində M-11 federal magistralında kütləvi qəzaya uğrayan avtomobillərin sayı 41-ə, zərərçəkənlərin sayı 14-ə çatıb. Beş nəfər beyin silkələnməsi ilə xəstəxanaya yerləşdirilib, onlardan dördü uşaqdır.

Yenicag.az xəbər verir ki, bu barədə regional yol polisi idarəsinin mətbuat xidməti xəbər verib.

Bildirilib ki, xəstəxanaya yerləşdirilənlərin beyin silkələnməsi var. 9 nəfər isə xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Məlumata görə, kütləvi qəzanın baş verdiyi M-11 ödənişli magistral yolunda 4 kilometrlik tıxac yaranıb.

Qeyd olunub ki, qəzaya pis hava şəraiti səbəb olub./Oxu.az/

www.yenicag.az

623
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv