!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada ard-arda deputat HƏBSİ: Ordu barəsində “feyk” repressiyası genişlənir

!Reklam – Yazi

Ukraynaya hərbi təcavüzünü davam etdirən Rusiya ordusu haqqında “feyk məlumat yaymaq” ittihamı üzrə həbslər çoxalıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu ittiham əsasında növbəti həbs qərarı Moskvanın Krasnoselsk Bələdiyyə Dairəsinin deputatı Aleksey Qorinov barəsində çıxarılıb.

Qorinovun vəkili Sergey Telnovun sözlərinə görə, deputat aprelin 26-da saxlanılıb və 48 saat müddətinə müvəqqəti saxlanma təcridxanasına göndərilib.

Vəkil bildirib ki, istintaq Qorinov barəsində növbəti tədbirin görülməsi üçün işi hələlik məhkəməyə təqdim etməyib.

Maraqlıdır ki, Qorinovdan əvvəl istintaq orqanı qeyd olunan ittiham üzrə həmin Bələdiyyə Dairəsinin sədri Yelena Kotyonoçkina barəsində də cinayət işi açıb.

www.yenicag.az

448
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv