!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada azərbaycanlı amansızcasına ÖLDÜRÜLDÜ – VİDEO/18+

!Reklam – Yazi

Rusiyanın Radujnı şəhərində azərbaycanlı iş adamı qətlə yetirilib.

Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, Xantı-Mansiyski Muxtar Vilayətinin Radujnı şəhərində Dağıstandan olan şəxs azərbaycanlı mağaza sahibini münaqişə zəminində bıçaqlayaraq öldürüb.

Hadisə yanvarın 18-də 29 yaşlı Dağıstan vətəndaşı “Merkuri” mağazasına girərək malların geri qaytarılmasını tələb etməsi ilə başlayıb.

Buna cavab olaraq mağazanın 60 yaşlı sahibi Xanquliyev Teymur İmanquli oğlu oğlu deyinməyə başlasa da, malları geri qaytarıb. Lakin dağıstanlı inciyib və ona qarşı kin bəsləyib.

O, 5 gündən sonra haqq-hesab çəkməyə gəlib. Cinayətkar mağaza sahibinin harada yaşadığını öyrənib və oraya gəlib. O, bıçaqla Teymura bir neçə bıçaq zərbəsi endirib.

Həmin ərazidə yaşayan sakinlər mağaza sahibinin ürək parçalayan qışqırıqlarını eşidib və polisə xəbər veriblər.

Polis tez hadisə yerinə gəlib və dərhal qatili saxlayıb. O, günahını etiraf edib.

İndi onu qəsdən adam öldürmə ittihamı ilə uzunmüddətli həbs gözləyir.

Xuraman Etibarlı

www.yenicag.az

1230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv