!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada azərbaycanlı blogerə qarşı yoxlamalar BAŞLANILDI

!Reklam – Yazi

Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı bloger Hüseyn Həsənovla bağlı yoxlamalar aparacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın Təhlükəsiz İnternet Liqasının direktoru Yekaterina Mizulina “Telegram” kanalında bildirib.

“Polis qumar oyunlarının təşkili və reklamı ilə bağlı qanunsuz fəaliyyətlərinə görə Hüseyn Həsənov, Eqor Krid, Yuri Xovanski və digər videoblogerlərlə bağlı əlavə yoxlamalar aparır. Bu, Təhlükəsiz İnternet Liqasının cinayət işinin başlanmasından imtina qərarı ilə bağlı prokurorluğa müraciətindən sonra baş verib”, – deyə Yekaterina yazıb.

Onun sözlərinə görə, Moskva Şəhər Prokurorluğu əvvəlki yoxlamada prosessual qanun pozuntularını müəyyən edib və buna görə də nəzarət tədbirləri görülüb.

 

www.yenicag.az

185
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv