!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada azərbaycanlı diaspor rəhbəri toyda baş verənlərdən sonra NƏZARƏTƏ GÖTÜRÜLDÜ - FOTO/VİDEO

!Reklam – Yazi

Qaraçay-Çərkəz Respublikasındakı Azərbaycan diaspor rəhbəri toyda baş verənlərə görə problemlə üzləşib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Qaraçay-Çərkəz Respublikasındakı Azərbaycan diasporu rəhbəri oğlu dostları ilə birlikdə Çerkessk küçələrində atəş açıb.

Cavanlar dostunun toyunu qeyd edən zaman avtomatlardan havaya atəş açıblar. Bundan sonra təhlükəsizlik qüvvələri bütün “Odlar Yurdu” təşkilatını yoxlamağa başlayıb.

Məlumata görə, Kamal Əhmədov (yerli Azərbaycan diasporunun rəhbəri İlham Əhmədovun oğlu) bir gün əvvəl dostlarından birinin toyunu qeyd edib.

Restoranda Azərbaycan bayraqları olan bir neçə bahalı xarici avtomobildən ibarət kortej dayanıb. 10 nəfər gənc çıxıb avtomat və tapançaları çıxarıb havaya atəş açmağa başlayıb.

Atışma yerli sakinləri qorxudub. Nəticədə Əhmədov və onun 9 dostu saxlanılıb.

Polis əməkdaşına tabe olmama maddəsi ilə protokollar tərtib edilib, iş materialları məhkəməyə verilib.

Təhlükəsizlik qüvvələri yerli diasporun, 1700 nəfər üzvü olan “Odlar Yurdu” mərkəzinin fəaliyyəti ilə də maraqlanıb.


Xuraman Etibarlı

www.yenicag.az

157
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv