Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiyada azərbaycanlı gənc yandırıldı - ŞOK SƏBƏB

Rusiyanın Samara vilayətində azərbaycanlı gəncin dəhşətli ölümü baş verib.

Yenicag.az modern.az-a istinadən xəbər verir ki, 30 yaşlı Elmir Əhmədovun cəsədi gecə saatlarında Poxvistnevsk rayonunun Matyan qəsəbəsində “Qazel” markalı avtomobildə aşkar olunub.

“Qazel” yandığı üçün Elmir Əhmədovun cəsədi tanınmaz hala düşüb. Onun öldürüldükdən sonra avtomobilinə od vurulduğu ehtimal olunur.

Verilən məlumata görə, E.Əhmədov rayonda evli xanımla görüşürmüş. Qadının əri bundan xəbər tutub və azərbaycanlını qətlə yetirib. Cinayətin izini itirmək üçün onu E.Əhmədova məxsus avtomobillə rayon kənarına çıxarıb. Daha sonra qatil azərbaycanlının ayağına benzin töküb və od vurub.

Qadının taleyi ilə bağlı heç bir məlumat yoxdur. Faktla bağlı araşdırmalara başlanılıb.Rusiyanın Samara vilayətində azərbaycanlı gəncin dəhşətli ölümü baş verib.

 

www.yenicag.az

930