!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada baş verənlər ŞOU İDİ? “Putin özünə sadiq şəxsləri tapmaq üçün...” - ŞƏRH

!Reklam – Yazi

“Putin ordu daxilində xidmət göstərənlərin ona və Rusiya dövlətçiliyinə nə qədər sadiq olduqlarına aydınlıq gətirmək, kimlərin xain olduğunu tapmaq üçün belə şou yarada bilərdi”.

Bunu Rusiyada gündəm olan “Vaqner” yürüşündən danışan politoloq Elşən Manafov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Priqojinin başlatdığı hərəkata Rusiya Federasiyası Prezidenti Vladimir Putin hüquqi və siyasi kontekstdə şərh vermədiyi zaman şou deyilə bilərdi:

“Lakin Putin Rusiyanın Qərbə qarşı mübarizə apardığı bir zamanda bu cür hərəkətlərin ölkəsinə qarşı xainlik olduğunu diqqətə çatdırdı. Priqojinin etdiklərini yalnız Qərb analitikləri şou kimi qiymətləndirə bilər.

Putin ordu daxilində xidmət göstərənlərin ona və Rusiya dövlətçiliyinə nə qədər sadiq olduqlarına aydınlıq gətirmək, kimlərin xain olduğunu tapmaq üçün belə şou yarada bilərdi. Priqojinin hədəfində isə Ali Baş Komandan deyil, Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və başqaları idi. Şoyqu və Gerasimov isə prezidentə, dövlətçiliyə sadiq qalaraq dövlət başçısının dediklərinə tabe oldu.

Putin hadisələri qiymətləndirərkən 1917-ci il hadisələrinə qayıtdı. O, Ukrayna adlı projenin müəllifinin məhz Lenin olduğunu da xatırlatdı. Ukrayna tarixən Rusiyanın olub. Ukrayna iqtidarı hazırda Ukraynanın Dövlət Müstəqilliyi haqda Konstitusiyanı sərt şəkildə pozub. Konstitusiyada Ukraynanın bitərəf dövlət olaraq qalacağı, Qərbin təhlükəsizlik təşkilatına inteqrasiya olmayacağı qeyd olunub. Yəni Qərb bilərəkdən Ukraynanı müharibəyə atdı. Qərb Ukraynada hazırkı və əvvəlki iqtidarı satın alıb. Məqsəd isə hər kəsin bildiyi kimi, Rusiyanı müharibəyə cəlb edərək onu zəiflətmək, yeni dünya düzəni ilə bağlı Qərbin geopolitik vəziyyətini Rusiyaya, Çinə və digər dövlətlərə qəbul etdirməkdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

314
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv