!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada “Bayraktar” TƏŞVİŞİ: Putinə nə tövsiyə etdilər?

!Reklam – Yazi

Türkiyənin Ukrayna ilə sıx əməkdaşlığı Rusiya siyasətçilərini özündən çıxarıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Türkiyənin Ukraynada “Bayraktar” PUA-ları istehsal edəcək zavodun inşasını davam etdirməsi Moskvada Ankaraya qarşı çağırışları intensivləşdirib.

Məlumata görə, Rusiya Dövlət Dumasının Müdafiə məsələləri üzrə Komitəsinin sədr müavini Andrey Krasov vurğulanan səbəbdən Türkiyə ilə münasibətlərə yenidən baxılmasının zəruriliyini bildirib.

Deputat bu mövqeyini Türkiyənin Ukraynada “Bayraktar” PUA-ları istehsal edəcək zavodun inşasını davam etdirməsi ilə əlaqələndirib:

“Türkiyə hər nə qədər Rusiya ilə dost və mehriban qonşu olduğuna inandırmağa çalışsa da, o hərdən hətta düşmənlərimizin belə etməyəcəyi hərəkətlərə yol verir . Türkiyənin bizim təyyarəni vurması, səfirimizə sui-qəsd təşkil edilməsi, son olaraq “Azov” alayı komandirlərinin sərbəst buraxılması kimi halları xatırlada bilərəm. Onlar bununla bizimlə olan anlaşmanı birtərəfli qaydada pozdular.

Bu da azmış kimi, Türkiyə Ukraynada dron istehsal edən zavod tikir. Onlar bizim düşməni dəstəkləyirsə, hansı dostluqdan söhbət gedir? Sadaladığım səbəblərə görə Türkiyə ilə münasibətlərə yenidən baxılmalıdır”.

www.yenicag.az

274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv