!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada bir gündə başı kəsilmiş iki kişi meyiti tapdılar

!Reklam – Yazi

Rusiyanın paytaxtı Moskva şəhərində başı kəsilmiş iki kişi meyiti tapılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Moskva Şəhər Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.

Birinci hadisə səhər tezdən baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Moskva şəhərinin Festival küçəsi yaxınlığındakı park ərazisində başı kəsilmiş kişi meyiti tapılıb. Gövdə, boyun və baş nahiyəsində kəsilmiş-deşilmiş xəsarətlər aşkar edilib.

“Hadisə yerində hüquq-mühafizə orqanlarının işini Qolovinsk rayonlararası prokurorunun müavini Aleksandr Atayev koordinasiya edir”, – deyə məlumatda bildirilib.

Bir neçə saat sonra daha bir başı kəsilmiş kişi meyiti aşkar edilib. Bu dəfə meyiti səhər tezdən “Reçnoy” vağzalının yaxınlığındakı parkda təhlükəsizlik işçisi aşkar edib, onun başı yaxınlıqda olub.
Maraqlıdır ki, hər iki şəxs Asiya görünüşlü olub. Hadisə ilə bağlı adam öldürmə maddəsi ilə cinayət işləri açılıb. Hadisəyə prokurorluq nəzarət edir.

Daha sonra baş verən qətllərin təfərrüatı məlum olub. Məlumatı Rusiya Federasiyasının İstintaq Komitəsi yayıb. Meyitlərdən biri Mərkəzi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ortoped həkimi Dorjo Ayuşeyevə məxsusdur. D.Ayuşeyev Festival küçəsində, başqa kişinin meyitinin aşkar edildiyi parkın yaxınlığında yerləşən yeni tikilidə yaşayıb.

İstintaqçıların verdiyi məlumata görə, hər iki şəxsin qətli həkimin mənzilində baş verib, daha sonra isə meyitlərdən birini parka apararaq, orada atıblar.

Mənbə: Gazeta.ru

www.yenicag.az

265
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv