!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada boşananlar CƏZALANDIRILACAQ - VİDEO

!Reklam – Yazi

Rusiyada boşananlar cərimə olunacaq.

Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, Dövlət Duması rusları boşanmaya görə cərimə etməyi və cəzalandırmağı təklif edib.

Boşanma üçün cərimələr Rusiyada artan boşanmaların qarşısını almağa kömək edəcək. Bunu Dövlət Dumasının deputatı, “Vahid Rusiya” fraksiyasının üzvü, Ailələrin müdafiəsi və uşaq məsələləri komitəsinin sədr müavini Vitali Milonov deyib.

Dövlət Dumasının üzvü rusları boşanmaya görə 100 min rubl (təxm. 2 min man) cərimə etməyi təklif edib.

“100 min cərimə və ya Şimal-Qərb zonasında məcburi iş təyin edilsin. Boşananlar cəzalandırılmalıdır”, – o bildirib.

Siyasətçi Ailənin Müdafiəsi Komitəsinin iclasında yeni evlənənlərə on min rubl (təxm. 50 man) məbləğində birdəfəlik ödəmə layihəsinin müzakirəsi zamanı danışıb.

Qeyd olunur ki, ödənişlərin tətbiqi nikahların sayının artmasına zəmanət vermədiyi üçün sənəddən imtina edilib.

Eyni zamanda, Milonovun qeyd etdiyi kimi, əsas problem boşanmadır.

“Ona görə də mən təklif edirəm ki, boşanma zamanı 100 min rubl cərimə və ya islah işləri təyin edilsin” dedi.

Xuraman Etibarlı

www.yenicag.az

311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv