!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada çağırışçılara “sürpriz”: Hərbi xidmətdən yayınmağın qarşısı necə alınacaq?

!Reklam – Yazi

Rusiyada hərbi çağırışdan yayınmağın qarşısını almaq üçün yeni texnologiya tətbiq ediləcək.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Baş Qərargahının təmsilçisi Vladimir Tsimplyanskinin açıqlamasında qeyd olunub.

Onun sözlərinə görə, bundan sonra hərbi mükəlləfiyyətli şəxslərin orduya çağırışı üçün rəqəmsal texnologiyadan istifadə ediləcək:

“Görülən müvafiq tədbirlərin effektivliyi nəzərə alınaraq hərbi komissarlıqlara göstəriş verilib ki, aprelin 1-dən başlayacaq yaz çağırış kampaniyası çərçivəsində hərbi mükəlləfiyyətli şəxslərə bildirişlər elektron formada göndərilsin.

Müdafiə Nazirliyində çağırışçıların vahid elektron məlumat bazası artıq yaradılıb. Lakin çağırışçılara elektron bildirişlərin göndərilməsi mümkün olmadıqda, onlar çağırış barəsində əvvəlki qaydada məlumatlandırılacaqlar”.

www.yenicag.az

338
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv