!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada çağırışçılara “XƏSTƏLİK QADAĞASI: “Hərbi xidmət üçün məhdudiyyət yaradan...”

!Reklam – Yazi

“Belə bir addımın atılması zərurəti Rusiyanın Ukraynada NATO koalisiyasına qarşı müharibədə canlı qüvvə ehtiyatını sabit saxlamaq niyyətindən irəli gəlir”.

Bu fikirləri Rusiyada hərbi mükəlləfiyyətli şəxslərin orduda xidmətdən azad edilməsinə imkan verən xəstəliklər sıyahısının azaldılması təşəbbüsünə münasibət bildirən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, bu addım Rusiya ordusunun üzləşdiyi itkilərin yerini doldurmaq məcburiyyəti ilə şərtlənir:

“Rusiyada belə bir qərarın qəbul edilməsi üçün addımların atılması başqa dövrə təsadüf etsəydi, yəqin ki, biz buna fərqli mövqedən yanaşardıq. Ancaq Ukrayna ilə davam edən müharibədə çoxsaylı itkilərə məruz qalan Rusiya ordusu qismən səfərbərlik keçirməyə məcbur oldu.

Eyni zamanda, yeni hərbi hissələri komplektləşdirmək üçün həm məxfi səfərbərlik aparmaq, həm də silahlı qüvvələrə əlavə mülki şəxslərin cəlb edilməsi məqsədilə vətənpərvərlik ruhunun yüksəldilməsinə yönəlik kampaniya keçirmək məcburiyyətində qaldı.

O baxımdan, Rusiyada hərbi xidmətdən azad olma hüququ verən sağlamlıq vəziyyətinə yeni baxışa əsaslanan təşəbbüsü də məhz bu çərçivədə dəyərləndirmək, ona yuxarıda qeyd olunan fəaliyyətin tərkib hissəsi kimi yanaşmaq lazımdır. Yəni hərbi xidmət üçün məhdudiyyət yaradan xəstəliklər siyahısının “sıxılması” niyyəti bundan xəbər verir.

Digər tərəfdən, bu məsələyə fərqli aspektdən də baxmaq mümkündür. Hər halda, orduda rəqəmsal texnologiyaların tətbiqi sağlamlıq vəziyyəti səhra şəraitində xidmətə uyğun olmayan çağırışçıların orduya cəlb edilməsinə, onların səhhətinə görə adekvat xidmət keçmələrinə müəyyən qədər yol açır.

Ancaq yenə də o fikrə qayıdıram ki, Rusiyada belə bir addımın atılması zərurəti Ukraynada NATO koalisiyasına qarşı müharibədə canlı qüvvə ehtiyatını sabit saxlamaq niyyətindən irəli gəlir”.

A.Zeynalov

www.yenicag.az

263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv