!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada bu qadağa qüvvəyə mindi

!Reklam – Yazi

Rusiya Səhiyyə Nazirliyi cinsiyyətin dəyişdirilməsi proseslərini tənzimləyən qanunvericilik aktlarını ləğv edəcək.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya səhiyyə nazirinin müavini Oleq Salaqay bildirib.

“Səhiyyə Nazirliyinin aktları ilə bağlı sizi əmin etmək istərdim ki, bu gün müzakirə etdiyimiz qanun layihəsi qüvvəyə mindiyi andan müvafiq aktlar qüvvədən düşmüş hesab ediləcək”, – deyə o bildirib.

İyulun 14-də Rusiya Dövlət Duması cinsin dəyişdirilməsini qadağan edən qanun layihəsini üçüncü yekun oxunuşda qəbul edib. İyulun 13-də qanun layihəsi ikinci oxunuşda qəbul edilmişdi. Sənəd baxılmaq üçün Federasiya Şurasına göndəriləcək.

Qanun layihəsi tibbi müdaxilələrin, o cümlədən cinsiyyətin dəyişdirilməsinə yönəlmiş dərmanların istifadəsini qadağan edir. Bu qanunun qüvvəyə mindiyi gündən əvvəl cinsini dəyişənlərə onun normaları təsir etməyəcək.

Səhiyyə naziri Mixail Muraşko cinsin dəyişdirilməsi ilə bağlı qanunvericiliyin sərtləşdirilməsini dəstəkləyib.

www.yenicag.az

161
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv