!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiyada daha bir milyona yaxın insan səfərbərliyə cəlb edilə bilər” - ALMANİYA

!Reklam – Yazi

“Rusiyada daha bir milyona yaxın insan səfərbərliyə cəlb edilə bilər”.

Yenicag.az xəbər verir ki, bunu Almaniya Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin rəhbəri Bruno Kahl deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin danışıqlara hazır deyil və ona görə də 1 milyon insan müharibəyə çağırıla bilər.

Kahl bildirib ki, Moskvanın başlatdığı müharibə bu dövlətin istədiyi kimi davam etmir. O qeyd edib ki, Ukraynanın uğuru isə Qərbin davamlı dəstəyindən asılı olacaq.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu və Britaniya kəşfiyyatı da Rusiyada səfərbərliyin növbəti dalğasının elan olunacağı ehtimalını irəli sürüb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. /Report

 

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv