!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada daha bir tarixi ANTİREKORD: Aİ-95 markalı benzin nə qədər bahalaşdı?

!Reklam – Yazi

Rusiyada rublun çökməsi ilə yanaşı, ölkənin yanacaq bazarında da böhranlı vəziyyət dərinləşməkdədir.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Rusiyada Aİ-95 markalı benzinin bir tonunun topdansatış qiyməti 70 min rubla (rəsmi kursla 746,7 dollar) qədər bahalaşıb.

Məlumata görə, bu göstərici Sankt-Peterburq əmtəə-xammal birjasında təşkil olunan əməliyyatlar zamanı yaranıb. Bu, Rusiyanın Avropa hissəsində Aİ-95 markalı benzinin qeydə alınan ən yüksək qiymət həddi kimi tarixə düşüb.

Bildirilir ki, birjada apreldən başlayan bahalaşma fonunda həmin benzinin qiyməti son bir ay ərzində 4,3, yayın başlanğıcından bu yana isə 12,6 faiz artıb. Bununla belə, birjada Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətində azalma müşahidə edilib.

www.yenicag.az

419
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv