!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada deputatlar hərbi xidmətə çağırıldı

!Reklam – Yazi

Hakim Vahid Rusiya Partiyasından olan deputatlar xüsusi hərbi əməliyyat zonasında xidmət etməyə çağırılıblar.

Yenicag.az xəbər verir ki, onlar bununla bağlı ərizələrini partiya baş şurasının katibi Andrey Turçaka təqdim ediblər.

Bildirilib ki, deputatlar Dmitri Xubezov, Dmitri Sablin, Sergey Sokol və Vitali Milonov Vahid Rusiya Partiyasından xüsusi hərbi əməliyyat zonasında xidmətə çağırılan ilk dörd deputatdır.

Xatırladaq ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib./Report/

www.yenicag.az

364
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv