!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada dərinləşən İQTİSADİ BÖHRAN: Baş nazirin müavini həyəcan təbili çalır

!Reklam – Yazi

Rusiyanın Baş nazirinin müavini Andrey Belousov ölkə iqtisadiyyatını gözləyən kataklizmlərlə bağlı xəbərdarlıq edib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Andrey Belousov Federasiya Şurasındakı çıxışında Rusiya iqtisadiyyatında getdikcə dərinləşən enişi böyük risk kimi qiymətləndirib.

Onun sözlərinə görə, sənayedə və ticarətdə istehsalın həcmi 11, digər sahələrdə isə təqribən 9-10 faiz azalıb. O, iqtisadi sabitliyi təhdid edən əsas amillər sırasında logistik məhdudiyyətləri və likvidlik çatışmazlığını göstərib.

Baş nazirin müavini bildirib ki, ölkə iqtisadi böhranın ağır təsirlərini hələ tam olaraq hiss etmir. Eyni zamanda, iqtisadi enişin əmək bazarına təsiri özünü geniş miqyasda göstərmir. Bununla belə, sistemyaradıcı quruluşların sorğuları nikbinlik üçün heç bir əsas vermir. Ölkədən kömür ixracı əhəmiyyətli dərəcədə azalıb. Rusiyadan Avropaya yanacaq daşınan şimal-qərb istiqaməti, demək olar, tamamilə bağlanıb.

Belousov qeyd edib ki, bu ilin 1-ci rübündə federal büdcənin xərcləri ötən illə müqayisədə 20 faiz artıb. 11 faizlik güzəştli kreditlərin həcmi 1,3 trilyon rubla çatıb. Bankalar artıq 827 milyard rubl həcmində kredit müraciətlərini qəbul ediblər, 200 milyard rubl məbləğində kredit müqavilələri artıq imzalanıb. O əlavə edib ki, iqtisadiyyatın kreditləşdirilməsi 7-8 trilyon rubl həcmində olmasa, inflyasiya riski xeyli artacaq.

www.yenicag.az

309
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv