!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada erməni cinayət törətdiyinə görə vətəndaşlığı ƏLİNDƏN ALINDI

!Reklam – Yazi

Sankt-Peterburqda erməni cinayətə görə əlindən alınan Rusiya vətəndaşlığının qaytarılmasını tələb edib.

Yenicag.az xəbər verir ki, bu barədə şəhər məhkəmələrinin birgə mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

Bildirilir ki, Sankt-Peterburqda yaşayan Ermənistan əsilli Arsen Kirakosyan Rusiya vətəndaşlığını geri qaytarmaq üçün məhkəməyə müraciət edib.
Onun vətəndaşlığı cinayət keçmişinə görə Daxili İşlər Nazirliyinin qərarı nəticəsində ləğv edilib.

Mətbuat xidmətinin məlumatına görə, bu məhkəmə Sankt-Peterburqda ilk dəfə olub və həm ictimaiyyətin, həm də hüquqşünasların diqqətini cəlb edib.

Şəhər məhkəmələrinin birgə mətbuat xidməti iddianın qaldırıldığını təsdiqləyib.

Nəşrdə qeyd edir ki, 2020-ci ildə Smolninski məhkəməsi Kirakosyanı CM-nin 2-ci hissəsi ilə təqsirli bilən hökm çıxarıb.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə dörd il müddətinə azadlıqdan məhrum edilib.
2023-cü ilin dekabrında Daxili İşlər Nazirliyinin regional idarəsi yeni qanunvericiliyə uyğun olaraq onun Rusiya vətəndaşlığından məhrum edilməsi barədə qərar qəbul edib.

Xuraman Etibarlı

www.yenicag.az

161
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv