!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada Ermənistan vətəndaşı ÖLDÜRÜLDÜ - FOTO

!Reklam – Yazi

Rusiyada Ermənistan vətəndaşı öldürülüb.

Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, Krasnoyarsk vilayətinin Açinsk şəhərində dostları 1 milyon rubl borcu olan Ermənistan vətəndaşını qətlə yetiriblər.

Rusiya Federasiyasının regional cinayət axtarış idarəsinin rəisi bildirib ki, hadisə ilə əlaqədar iki nəfər saxlanılıb.

Müstəntiqlərin sözlərinə görə, zorakılıq əlamətləri olan kişi meyitinin tapılması barədə məlumat dekabrın 23-də daxil olub.

Açinsk şəhərinin 37 və 56 yaşlı sakinlərinin saxlanılması ilə bağlı cinayət işi başlanıb.

Müstəntiqin sözlərinə görə, erməni müalicə üçün müntəzəm olaraq Ermənistandan Açinska gəlib. O, 56 yaşlı dostuna faizlə borc verib. artıq təxminən 1 milyon rubl (təxm. 20 min man) təşkil edib.

“56 yaşlı kişi 50 min rubl (təxm. 1 min man)məbləğində pul mükafatı verəcəyini vəd edərək dostunu cəlb edib. Kşilərdən biri iri taxta parçasını götürərək erməninin başına vurub. Bundan sonra ikinci şəxs kişiyə bir neçə zərbə endirib. O, aldığı xəsarətlərdən ölüb”, – məlumatda deyilir.

Cinayəti ört-basdır etmək üçün dostlar erməninin cəsədini çıxarıb, dərəyə atıblar. Hazırda onlar həbsdədirlər.

Rusiya Daxili İşlər Nazirliyi bildirib ki, ölən 75 yaşlı Ermənistan sakinidir və onun ölümündən bir neçə saat sonra reysi planlaşdırılıb.

Xuraman Etibarlı

www.yenicag.az

203
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv