!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada Ermənistanın “Cermuk” mineral suyu satışdan ÇIXARILDI – ŞOK SƏBƏB

!Reklam – Yazi

Vladiqafqazda “Cermuk” mineral suyu içən kişinin qida borusu yanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Şimali Osetiya Prokurorluğu məlumat yayıb. Bildirilir ki, Şimali Osetiyada “Cermuk” suyu içən kişinin boğazı yanıb.

Ermənistandan gətirilmiş yeni, açılmamış mineral su şüşəsində sirkə olduğu üzə çıxıb.

Bölgədə suyun satışının dayandırılması barədə respublika rəhbəri Sergey Menyailo göstəriş verib.

Hadisənin aydınlaşdırılmasına Daxili İşlər Nazirliyi, Prokurorluq və Rospotrebnadzor cəlb edilib.

“Bu gün məlumat yayılıb ki, Vladiqafqaz sakini “Cermuk” mineral suyundan bir qurtum içdikdən sonra qida borusundan yanıq xəsarəti alıb.
Yeni bağlanmış butulkada suyun əvəzinə sirkə olub. Vəziyyətdən xəbərim var.

Daxili İşlər Nazirliyi, Prokurorluq və Rospotrebnadzor vəziyyətin aydınlaşdırılmasına cəlb olunub”, – məlumatda deyilir.

Hazırda hakimiyyət “Cermuk” mineral suyunu satışdan çıxarmağa başlayıb.

Artıq Şimali Osetiya ərazisində 24 bağlama Cermuk suyu araşdırma üçün götürülüb, zəruri əməliyyat tədbirləri davam etdirilir.

Bu mineral suyu satan sahibkarlara satışı dayandırmaq tövsiyə olunub.

“Mən respublika sakinlərinə də müraciət edirəm: bütün hallar aydınlaşana qədər “Cermuk” brendinin məhsullarından istifadə etməyin. Özünüzə qoruyun”, – Menyailo qeyd edib.

“Cermuk” adlı mineral su əvvəllər işğalda olan Kəlbəcərin “İsti-Su” mineral su hövzəsindən istehsal olunurdu.
Hazırda isə Cermuk yaxınlığında mineral su yatağından hazırlanıb brend ad altında xaricə satılır.

Qeyd edək ki, Cermuk İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, Arpaçayın yuxarı axarında, “İstisu” adlanan mineral bulaqların yaxınlığında yerləşən şəhərdir.

Əvvəllər İstisu kəndində 19 evdə 56 nəfəri kişilər, 58 nəfəri qadınlar olmaqla 114 nəfər azərbaycanlı yaşayırdı.

Xuraman Etibarlı

www.yenicag.az

158
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv