!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada genişmiqyaslı VƏTƏNDAŞ MÜHARİBƏSİ: “Əhali ilə ordunun bir hissəsi Priqojini dəstəkləsə...” – ŞƏRH

!Reklam – Yazi

“Mövcud şəraitdə region üçün əsas təhlükə Rusiya hərbi kontingentinin “sülhməramlı” adı altında bölgədəki mövcudluğudur”.

Bu fikirləri Rusiyada baş verən daxili hərbi toqquşmanın regiona mümkün təsirini şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Rusiyada bu proseslərin mümkün inkişafı əhalinin ovqatından və davranışından xeyli asılı olacaq:

“Əslində, Rusiyada baş verənlər həmin ölkənin daxili işidir. Eyni zamanda, onu da deyə blərik, Rusiyada məlum hadisələrin bu yöndə inkişaf edəcəyi gözlənilməz deyildi. Çünki Rusiya elitasının Ukrayna ilə bağlı apardığı siyasət əvvəldən-axıra yanlış idi. İki qardaş xalqı bir-biri ilə vuruşdurmaq, Rusiyanı ağır sanksiyalara məruz qoymaq, barəsində mif yaradılmış Rusiya ordusunun iç üzünün açılması və sonda döyüşən ordu daxilində koordinasiyanın zəif olması, təbii ki, narazı qrupların ortaya çıxması ilə nəticələnəcəkdi.

“Vaqner”in rəhbəri Priqojin də uzun müddətdir həmin narazıların başında dayanırdı. Ona görə ki “Vaqner”çilər döyüşməyi bacarmaqla yanaşı, həm də əhəmiyyətli gücə çevrilərək dövlətdən daha geniş təminatlar umurdular. Bunu görmədikdə müxtəlif bəyanatlar verməyə başladılar və sözsüz ki, bunun sonunda Rusiya siyasi hakimiyyəti, eləcə də ordusu “Vaqner”çilərə qarşı addımlar atmağı düşünürdülər.

Amma məlumatlara əsasən, açıq qarşıdurma “Vaqner”in düşərgələrinə raket zərbələrinin endirilməsindən sonra başlayıb. Səbəb nə olursa-olsun, bu gedişat Rusiyanı daxili qarşıdurmaya aparır və ola bilər ki, orada genişmiqyaslı vətəndaş müharibəsi alovlansın. Bildiyim qədər, hazırda sosial şəbəkələrin Rusiya seqmentində “sükut” hökm sürür, həmçinin telekanallar da baş verənləri ictimaiyyətə olduğu kimi təqdim etmir. Yalnız gənc aktivistlər “Telegram” kanalları vasitəsilə məlumat yaya bilirlər.

Mənə belə gəlir ki, Rusiyada bu proseslərin mümkün inkişafı əhalinin ovqatından və davranışından xeyli asılı olacaq. Əgər əhalinin və ordunun müəyyən bir hissəsi Priqojini dəstəkləməyə cəsarət edəcəksə, bu çox ciddi fəsadlara gətirib çıxaracaq. Əksinə, xalq onları dəstəkləməyəcəksə, o halda “Vaqner”çiləri məhv edəcəklər.

Bu olayların regiona potensial təsirinə gəldikdə isə hesab edirəm ki, Rusiyadakı olaylar bir neçə gün ərzində səngiyəcək. Ona görə də region üçün hər hansı ciddi təhlükə olacağını düşünmürəm. Mövcud şəraitdə region üçün əsas təhlükə Rusiya hərbi kontingentinin “sülhməramlı” adı altında bölgədəki mövcudluğudur. Onların gələn ilin dekabrına qədər vaxtları var, ancaq onlar regionda sülhün bərqərar olunmasında maraqlı görünmürlər.

Çünki “sülhməramlılar” xidmət üzrə tapşırıqları Rusiyanın Ali Baş Komandanına tabe olan Müdafiə Nazirliyindən alırlar. Ancaq bir daha deyirəm, Rusiyada baş verənlər onların daxili işidir və biz arzu edə bilərik ki, dinc əhali arasında qurbanlar olmasın, günahsız insanlar əziyyət çəkməsin. Dediyim kimi, orada baş verənlərin regiona, xüsusilə də Azərbaycana təsiri olmayacaq. Onsuz da quru sərhədlərimiz bağlıdır və heç kim avtomobilinə oturub Azərbaycana keçə bilməz”.

A.Zeynalov

www.yenicag.az

962
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv