!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada hərbi komissarlıqların “NAFTALİN VƏZİYYƏTİ” – Spiker də tənqid etdi

!Reklam – Yazi

“Əməkdaşlar otaqlarda oturub əllərində qələm xətli dəftərlərdə qeydiyyat aparırdılar”.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko hərbi uçotun vahid reyestrinin yaradılması haqqında qanunu şərh edərkən deyib.

Onun sözlərinə görə, sözügedən qanun hərbi komissarlıqların işinin müasirləşdirilməsinə xidmət edəcək:

“Mən indi sözümü düz və birbaşa deyim: bizim hərbi komissarlıqlarımızın olduğu “naftalin vəziyyəti” dözülməz idi. Əməkdaşlar otaqlarda oturub əllərində qələm xətli dəftərlərdə qeydiyyat aparırdılar. Biz artıq başqa əsrdə yaşayırıq.

Bu qanunun qəbulu hərbi komissarlıqların işinin müasirləşdirilməsinə, əməkdaşların işinin yüngülləşməsinə xidmət edəcək. Belə bir zərurət çoxdan yaranmışdı. Qəbul olunan qanunda ikili fikirlər axtarmağa ehtiyac yoxdur”.

www.yenicag.az

449
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv