!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Rusiyada insanları zombiləşdirməyi dayandırsınlar”

!Reklam – Yazi

Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlardan sonra ölkənin “Birinci kanal”ından istefa verən jurnalist Janna Ağalakova bu qərarı alma səbəbindən danışıb.

Yenicag.az xəbər verir ki, Janna bildirib ki, artıq süjetləri hazırlamaq onun üçün çətin olub. O, insanları “zombiləşdirməməyə” çağırıb:

“Bilirəm ki, Rusiyada məni casusluqda ittiham edəcəklər, bu çıxışım üçün pul aldığımı deyəcəklər. Heç kim mənə pul verməyib və casus deyiləm. Ölkəmdən başqa heç kim üçün işləmirəm. İstəyirəm ki, Rusiyada məni eşitsinlər, təbliğatı ayırmağı öyrənsinlər və başqa mənbələri araşdırsınlar. İstəyirəm ki, insanları zombiləşdirməyi dayandırsınlar”.

O, eyni zamanda Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların tərəfdarı olmadığını vurğulayıb:

“Bu sanksiyalar ilk növbədə orta təbəqəni, həmişə demokratik dəyərləri bölüşən insanları vurur. Burada müttəfiqlərinizi itirirsiniz. Düzünü desəm, bunda çıxış yolu görmürəm. Dəqiq bilirəm ki, sanksiyaların tətbiqi asandır, aradan qaldırılması üçün isə illər lazımdır. 140 milyonluq böyük bir ölkəni yoxsulluğa və məhvə məhkum edirsiniz”.

“Birinci kanal”ın keçmiş əməkdaşı onu da bildirib ki, hökuməti dəstəkləməyən həmkarlarını hədələyirlər. (axsam.az)

www.yenicag.az

321
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv