!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada keçiriləcək Xiyar Festivalı bu tərəvəzə marağı artırıb: Ən çox axtarışa verilən təamlar - ARAŞDIRMA

!Reklam – Yazi

Rusiya Federasiyasının Mordoviya Respublikasında 15 iyulda keçirilən “Aksel Xiyar” qastronomik etnofestivalının ardınca 29 iyulda Perm İstobenski Xiyar Festivalının keçirilməsi planlaşdırılır.

Yenicag.az bu iki tarix arasında Rusiyanın internet məkanında ən çox axtarılan məlumatlar haqqında araşdırmanı oxuculara təqdim edir.

Araşdırma bütün Rusiya üzrə onlayn mağazalarda satılan 36 milyon məhsula tələbat əsasında hazırlanıb.

Rusiyada iyul ayının ilk iki həftəsində xiyardan müxtəlif yeməklər, preparatlar və limonadlar hazırlanıb. Həmçinin xiyardan gözəllik prosedurlarında da istifadə olunub.

Bu müddət ərzində internet istifadəçiləri ən çox xiyar reseptlərini axtarıblar. Duzlu və az duzlu xiyarı hazırlamaq üçün məlumat ən çox axtarılanlardandır.

Xiyar limonadları, xiyar şirələri bayram üçün o qədər də populyar məhsul olmayıb.

Xiyarlı makaron, mürəbbə, “leço”, qovurma, piroq kimi təamlara tələbat artıb.

Bəzi istifadəçilər isə şərq qastronomik mədəniyyətini araşdıraraq soya sousu, yağ və sirkə ilə ənənəvi Asiya xiyar yeməyi olan əzilmiş xiyar bişiriblər.

Xiyarlı piroqlar və xiyar mürəbbəsi Suzdal Xiyar Festivalının məhşur yeməklərindən biridir.

Əlavə olaraq, internet istifadəçiləri axtarış panelinə “qısa xiyar”, “Çin xiyarları”, “hamar xiyar”, “uzun xiyar”, “salat xiyarı”, “barmaq xiyarı” kimi sorğular daxil ediblər.

Həmçinin iyulun ilk iki həftəsində istifadəçilər “xiyar kostyumu”, “böyüklər üçün xiyar kostyumu” ifadələri ilə “xiyar” geyimlərini axtarıb.

Nəsimi Ələsgərli

www.yenicag.az

263
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv