!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyada kino və teatr rejissorlarının həbsinə qərar verildi

!Reklam – Yazi

Rusiya məhkəməsi kino və teatr rejissorlarının həbsinə order verib.

Yenicag.az xarici mediaya istinadla xəbər verir ki, Moskva məhkəməsi məşhur kinorejissor Aleksandr Rodnyanski və teatr rejissoru İvan Vırıpayevi Rusiya ordusu haqqında “yalan məlumat yaymaqda” ittiham edib.

Məhkəmənin verdiyi açıqlamada Rodnyansky və Vyrypaevin Rusiyadan kənarda olduqları və tutulacağı təqdirdə həbs ediləcəyi bildirilib.

Rusiya Daxili İşlər Nazirliyi teatr direktoru Vırıpayevi federal axtarışa verənlər siyahısına əlavə edib.

Qeyd edək ki, Ukraynanın paytaxtı Kiyevdə anadan olan, rus kinosunun ən nüfuzlu simalarından olan kinorejissor və prodüser Aleksandr Rodnyanski 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumlarının başlamasından sonra Rusiyanı tərk edib. Rodnyanski müharibə əleyhinə bəyanatlarına görə 2022-ci ilin oktyabrında Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” elan edilib.

Polşanın paytaxtı Varşavada yaşayan məşhur dramaturq, teatr rejissoru və aktyor İvan Vırıpayev də Rusiyanın Ukraynaya hücumlarını sərt şəkildə tənqid edib.
Ukraynada müharibə başlayandan bəri Rusiyada müharibə əleyhinə bəyanatlar verən bir çox müxalifət xadimləri cərimələnərək həbs edilib, bəziləri xarici agent elan edilib, digərləri isə qara siyahıya salınıb.

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv